00:00:00
Yazar
Admin User
03.10.2023 05:00 376 2 dəq oxuma
Maraqlı

NASA-nın nümayəndəsi: "Bakı həqiqətən gözəl şəhərdir"

NASA-nın nümayəndəsi: "Bakı həqiqətən gözəl şəhərdir"

  Bakıda Azərbaycanın Kosmik Agentliyinin və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi keçirilir. Konqresdə 150-ə yaxın ölkədən 5 mindən artıq nümayəndə iştirak edir. Tədbir çərçivəsində 190 texniki sesiya və sərgi keçirilib. Azərpoçt MMC və Azərkosmosun birgə təşəbbüsü ilə poçt markaları iki növdə blok şəklində və hər blokun üzərində 4 markadan ibarət olaraq 50 qəpik nominalla hazırlanıb. Belarusiyanın şirkətində çap olunub. Azərpoçt MMC-nin şöbə müdiri Sitarə Hüseynova deyir ki,sərgidə Azərbaycanlı gənc rəssamların rəsm əsərləri də yer alır. Onlar öz əsərlərində Azərbaycanın milli ornamentləri ilə kosmosun vəhdətini əks etdiriblər.

Gənc rəssam Əli Qafarlı bildirir: “Mən burada 5 əsərlə çıxış eləmişəm. Hər birində də buta elementindən istifadə etmişəm. Kosmos ilə də bağlı idi deyə sərgi onla onu əlaqələndirmişəm”.
Gənc rəssam Vüsalə Yunusova deyib: “Bu əsərim kosmosda olan bürclərlə bağlıdır. Yəni 12 burcə həsr olunub. Və gördüyünüz kimi burada hər bir bürcün qrafik təsviri onun şəkil forması və eyni zamanda bizim qoşa qala qapısı üzərində olan bürclərlə bağlıdı”.


NASA-nın nümayəndəsi Cimmi Rassol konqresin əhəmiyyətindən danışıb: “Bu gün keçirilən konqresin əhəmiyyəti böyükdür, xüsusilə əməkdaşlıq sahəsində. NASA olaraq konqresdə iştirakımız da bizim üçün vacibdir. Biz bir sıra mühüm proqramlarla burada çıxış edirik. Azərbaycanjda da olmaqdan məmnunuq. Bakı həqiqətən gözəl şəhərdir və biz vaxtımızı səmərəli keçiririk”.

İsrail Aeorokosmik Şirkətinin rəsmisi Qabi İsraili deyib: “AYİAY kompaniyası olaraq bugünki Beynəlxalq Konqresdə iştirak etməkdən məmnunuq. Bizim şirkət illərdir Azərbaycanla əməkdaşlıq edir. Düşünürəm ki, bu əlaqələr həm sizin, həm də bizim üçün olduqca əhəmiyyətlidir. Bu gün şirkətimizlə “Azərkosmos” arasında bir neçə sənədlər imzalandı və bu da kosmik sahədə bundan sonra da əlaqələrimizin inkişaf etməsinə töhvə verəcək”.

Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

Nərgiz

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər