00:00:00
Yazar
Zəhra Həsənova
18.03.2026 20:56 23 2 dəq oxuma
Siyasət

“NATO-nun neytral mövqeyi regionda qüvvələr balansını dəyişir” - ŞƏRH

“NATO-nun neytral mövqeyi regionda qüvvələr balansını dəyişir” - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri Yaxın Şərqdə İrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək. O, bu barədə Truth Social hesabında paylaşım edərək vurğulayıb ki, məsələ ilə bağlı Vaşinqton əvvəlcədən məlumatlandırılıb. Bu açıqlama regionda gərginliyin artdığı bir vaxtda alyansın mövqeyi ilə bağlı yeni müzakirələrə səbəb olub və Qərbin mümkün addımları ilə bağlı suallar doğurub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran məsələsində NATO daxilində fərqli yanaşmalar gözlənilən idi:

 

“NATO-da geosiyasi məsələlərə baxışda fərqli mövqelərin olması yeni deyil. İrandan əvvəl Ukrayna məsələsində də alyans daxilində ciddi fikir ayrılıqları müşahidə olunub. Avropa ölkələri ilə ABŞ-nin yanaşmaları bir çox hallarda üst-üstə düşmür. Xüsusilə, Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin NATO-nun ümumi xəttindən fərqli siyasət yürütməsi bu ziddiyyətləri daha da dərinləşdirib. Trampın bəzi ölkələrə qarşı açıq ərazi iddiaları və fərqli siyasi yanaşmaları alyans daxilində çatlar yaradıb. İran məsələsində NATO ölkələrinin mövqeyi həm məntiqli, həm də gözlənilən idi. ABŞ İranı qlobal təhlükə kimi təqdim edərək kollektiv mübarizəni zəruri sayır. Lakin Avropa ölkələri fərqli düşünür. Onlar üçün əsas təhlükə Rusiyadır. Bu baxımdan, belə bir sual yaranır: əgər Avropa dövlətləri Rusiyaya qarşı mübarizədə ABŞ-dən yetərli dəstək almırsa, niyə İrana qarşı əməliyyatlarda Vaşinqtona dəstək verməlidir?"

 

Aydın Quliyev əlavə edib ki, bu yanaşma NATO ölkələrinin daha neytral mövqe tutmasına səbəb olur:

 

“Avropa dövlətləri İranla bağlı mümkün müharibəni daha çox ABŞ-nin təşəbbüsü kimi qiymətləndirir və bunu öz milli təhlükəsizlik prioritetləri ilə tam uyğun hesab etmir. NATO-nun prosesdən kənarda qalması regiondakı qüvvələr balansına da təsir göstərir. Əgər NATO ölkələri ABŞ-nin çağırışına qoşularaq, məsələn, Hörmüz boğazında hərbi əməliyyatlara başlasaydılar, İranın vəziyyəti daha da ağırlaşa bilərdi. Lakin alyansın hazırkı mövqeyi İranın imkanlarını müəyyən qədər genişləndirir və Yaxın Şərqdə geosiyasi qüvvələr nisbətini ABŞ-nin ziyanına dəyişir”.


Fatimə Hüseynli

#neytral #balansını #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər