NATO ölkələrinə Ukraynaya əlavə maliyyə dəstəyi təklif olunub
NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrin ümumi daxili məhsulunun 0,25 faizinin Ukrayna üçün ayrılmasını təklif edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, NATO baş katibi Mark Ruttenin etdiyi təklifin Avropa dövlətləri arasında fikir ayrılığına səbəb olması hesab edirəm ki, real görünmür:
"Çünki bu bir təklifdir. Rəsmi strukturların qərarı deyil. Amma təklifin özünün NATO kimi mühüm bir hərbi siyasi təşkilatın baş katibinin irəli sürülməsi o deməkdir ki, bu, xüsusilə də, Ukraynaya maliyə dəstəyindən imtina edən hakimiyyətləri olan ölkələr istisna olmaqla, bu təşəbbüsü bir çox Avropa ölkələri dəstəkləyə bilər. Çünki burada kollektiv, yəni Avropa qurumlarının birgə maliyyə ayırmasından getmir. Hər bir dövlətin ayrılıqda elə bil bir minimal hədd kimi təklif olunur ki, 0,5 faiz həcmində. Düşünürəm ki, Avropa ölkələri bu istiqamətdə onsuz da, aşağı-yuxarı Ukrayna silahlı qüvvələrinə, Ukraynaya maddi və hərbi siyasi dəstəyini əsir gəmirlər və bu dəstək bundan sonra da davam edəcəkdir. Çünki, həqiqətən ,Ukraynanın Rusiya qarşısında yenilməsi əslində Rusiyanın Avropa üzərində yenidən jandarmalığına, yenidən hərbi siyasi üstünlüyünə gətirib çıxara bilər ki, bunun fərqində olan Avropa ölkələri də həm birbaşa maliyyə və hərbi yardımlarla,həm də elə Avropa Birliyi adından Ukraynaya, həm kredit, həm də yardımlar formasında-zaman öz dəstəklərini əsirgəmirlər. Və belə bir təşəbbüsün olması düşünmürəm ki, Rusiya ilə Qərb dövlətləri arasında münasibətləri daha da kəskinləyir. Çünki bu tip maliyyə dəstəyi, siyasi, mənəvi dəstək müharibə başlayandan bu günə qədər davamlı olubdur və bundan sonra da müharibə qədər də davam etməsi gözləniləndir. O ki qaldı belə bir maliyyə dəstəyənin Ukrayna üçün hansı resurslar və şəraitin yaradılmasına, heç şübhəsiz ki, Avropa ölkələrinin büdcələri bir-birindən fərqləndiyinə görə böyük dövlətlərin ayıracağı vəsaitlə, kiçik dövlətlərin ayıracağı vəsaitin ümumi məbləği fərqli olmağından asılı olmayaraq bu bütövlükdə Ukrayna silahlı qüvvələrinin, Ukrayna dövlətinin resurslarının daha da möhkəmlənməsinə və Ukraynanın bu müharibədə Rusiyaya qarşı dirənişinin davamlılığını təmin edəcək ciddi bir maliyyə dəstəyidir".
Aişə Mustafayeva