00:00:00
Yazar
Elmira Ağayeva
27.04.2026 16:14 18 2 dəq oxuma
Siyasət

 

NATO sammitinin Türkiyədə keçirilməsi regionda yeni balans yarada bilər”-ŞƏRH

 “NATO sammitinin Türkiyədə keçirilməsi regionda yeni balans yarada bilər”-ŞƏRH

Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində iştirak edəcək, lakin nümayəndə heyətinin formatı və təmsilçilik səviyyəsi hələ müəyyənləşdirilməyib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski moldovalı həmkarı Maya Sandu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, NATO sammitinin Türkiyədə keçirilməsi Ukrayna və Rusiya arasında münasibətlərin tənzimlənməsində rol oynaya bilər:

 

 

 

“Ukraynanın Qərbə, xüsusilə NATO alyansına yaxınlaşması Rusiya tərəfindən təhdid kimi qəbul edilir. Lakin bu yaxınlaşma gələcəkdə daha ciddi risklərdən xəbər verir. Bu, həm də Rusiyaya mövcud reallığı qəbul edərək qarşıdakı proseslərdə çıxış yolu tapması üçün bir mesajdır.

 

 

İlk növbədə qeyd etmək lazımdır ki, NATO daxilində Türkiyənin rolu və nüfuzu daha da artacaq. Sözügedən sammitin Ankarada keçirilməsi bunu bir daha təsdiqləyir.

 

Eyni zamanda, regionda və dünyada baş verən hadisələr fonunda Türkiyənin roluna nəzər saldıqda belə bir görüşün keçirilməsinin zəruriliyi aydın görünür. İsrailin Türkiyəyə yönəlik dolayı və birbaşa təhdidləri, eləcə də ABŞ–İran qarşıdurması ilə bağlı risklər müzakirə mövzusu ola bilər.

 

Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda strateji qərarların qəbul ediləcəyi gözlənilir ki, bu da mühüm əhəmiyyət daşıyır. Bununla belə, NATO-nun birbaşa Rusiya əleyhinə müharibəyə qoşulması ehtimalı aşağıdır, lakin müəyyən hərbi və strateji qərarların qəbul edilməsi mümkündür.

 

Ukraynanın NATO-ya üzvlüyü hələlik real görünməsə də, ayrı-ayrı üzv dövlətlərin hərbi və siyasi dəstəyi gündəmdə qala bilər”.

 

 

Nuray Əliyeva

 

#Ukrayna #Türkiyə #NATO #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər