00:00:00
Yazar
Admin User
08.06.2023 18:24 346 1 dəq oxuma
Maraqlı

NATO tarixində ilkə imza atılacaq

NATO tarixində ilkə imza atılacaq

NATO Almaniyada və Şərqi Avropada yarandığı gündən bu yana ən böyük aviasiya təlimini keçirəcək.

 

İnformator.az Qərb mediasına istinadən xəbər verir ki, iyunun 12-23-də NATO-nun "Hava Müdafiəçisi 2023” təlimində 10 mindən çox aviasiya və 250-dən çox döyüş təyyarəsinin iştirakı planlaşdırılır.

 

Təlim üçün ABŞ Hərbi Hava Qüvvələrindən təxminən 110 təyyarə Atlantik okeanının o tayından Avropaya gələcək. Bundan əlavə, təlimdə NATO ölkələrindən Avropadakı 80, beynəlxalq tərəfdaşlardan isə 60 təyyarənin iştirakı gözlənilir. Təlim zamanı gündə orta hesabla 250 döyüş atışının həyata keçiriləcəyi bildirilir.

 

İyunun ortalarında keçirilən təlimlə əlaqədar Almaniyanın cənub, şimal və şərqində xüsusi zonalar hava məkanları müəyyən edilib. Mülki uçuşlar baxımından Avropanın ən sıx bölgələrindən biri olan Almaniya üzərində hərbi uçuşların bəzi mülki uçuşlara təsir edəcəyi gözlənilir.

 

Ayşən

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər