00:00:00
Yazar
Ayan Sadi
12.08.2026 20:29 23 2 dəq oxuma
Siyasət

Naxçıvan nəqliyyat mərkəzinə çevrilir – Zəngəzur dəhlizi yeni imkanlar yaradacaq

Naxçıvan nəqliyyat mərkəzinə çevrilir – Zəngəzur dəhlizi yeni imkanlar yaradacaq

Prezident İlham Əliyevin Naxçıvanın mühüm nəqliyyat mərkəzinə çevriləcəyi ilə bağlı fikirləri regionun strateji və tranzit əhəmiyyətinin artacağını göstərir. 

 

Politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Naxçıvan həm coğrafi mövqeyinə, həm də Zəngəzur dəhlizinin yaratdığı imkanlara görə mühüm nəqliyyat qovşağına çevrilə bilər.

 

"Azərbaycan Prezidentinin Naxçıvanın nəqliyyat qovşağı mərkəzi olacağı ilə bağlı fikri önəmlidir. Çünki Naxçıvan həm yerləşdiyi coğrafi mövqeyə görə, həm də Zəngəzur dəhlizinin keçəcəyi dəmir yolu olaraq olduqca böyük önəmə malikdir. Naxçıvanın yerləşdiyi coğrafiya onu Ermənistan, İran və Türkiyə ilə həmsərhəd edir. Və məhz bu ölkələrdən gələn nəqliyyat xətləri Naxçıvanda qovuşur, Naxçıvan üzərindən keçəcək”.

 

Politoloqun qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvanın beynəlxalq yükdaşımalarında rolunu daha da artıracaq. Çindən və Mərkəzi Asiyadan gələn yüklərin də bu marşrutdan keçməsi Naxçıvanın regional nəqliyyat sistemində mövqeyini gücləndirə bilər.

 

“Nəzərə alsaq ki, Zəngəzur dəhlizi açılandan sonra ildə 15 milyon ton yük daşınma potensialına malik olacaq və bu dəhlizdən İran, Türkiyə, Azərbaycan, Ermənistan, o cümlədən Rusiya və digər ölkələr istifadə edəcək, Mərkəzi Asiya ölkələri və Çindən gələn yüklər bu dəmir yolu ilə keçəcək. Bu baxımdan Naxçıvanda nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dəmir yolunun müasir səviyyədə inkişaf etdirilməsi bununla bağlıdır”.

 

Oqtay Qasımov hesab edir ki, nəqliyyat infrastrukturunun modernləşdirilməsi başa çatdıqdan sonra Naxçıvanın tranzit imkanlarından maksimum istifadə etmək mümkün olacaq. Bunun isə həm bölgənin iqtisadi inkişafına, həm də yeni iş yerlərinin yaranmasına təsir göstərəcəyi gözlənilir.

 

“Tədbirlər həyata keçəndən sonra Naxçıvan doğrudan da bir nəqliyyat mərkəzinə çevriləcək. Və qeyd etdiyimiz kimi, ildə 15 milyon ton yük daşınma potensialına malik olan bir nəqliyyat dəhlizindən söhbət gedir və bu qovşaqdan Naxçıvan da bundan maksimum şəkildə istifadə olunacaq. Burada həm yeni iş yerləri açılacaq, eyni zamanda Naxçıvanın rolu artacaq”.

 

Mehriban Yariyeva

 

 

#yeni #gündəm #xəbər #naxçıvan #dəhlizi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər