00:00:00
Yazar
Ayan Sadi
12.08.2026 19:55 20 2 dəq oxuma
Siyasət

Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur: Vahid inkişaf konsepsiyası gündəmdə

Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur: Vahid inkişaf konsepsiyası gündəmdə

Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. "İnformator.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

 

"Azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün" - deyə Prezident vurğulayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, bu üç bölgənin bir-biri ilə əlaqəsi, eyni zamanda hər birinin bərpası və inkişaf etdirilməsi dövlətin inkişaf və gələcək strategiyasını müəyyənləşdirir:

 

“Bərpa olunan Zəngəzur, Qarabağ və Naxçıvanın əhəmiyyətini artırır. Naxçıvan strateji baxımdan çox önəmli yerdə yerləşir. Türkiyə və İranla həmsərhəd olan muxtariyyətin bu məsələdə gediş-gəlişinin təmin olunması onun əhəmiyyətini getdikcə artırır. Azərbaycanın İran və Türkiyə ilə bağlantısında Naxçıvanın üzərindən keçən yollar mühüm rol oynayır. Həmçinin Qarabağ və Zəngəzurda da inkişaf prosesi gedir. Yeni bərpa olunan torpaqların inkişafı, yeni dəhlizlərin açılması və yolların logistika baxımından istifadəyə verilməsi böyük əhəmiyyət daşıyır. Ona görə də bu üç bölgənin bir-biri ilə bağlanması, Prezidentin də çıxışlarında qeyd etdiyi kimi, Azərbaycanın yeni strategiyasının formalaşdığını göstərir". 

 

Politoloq həmçinin qeyd edib ki, Naxçıvan, Qarabağ və Zəngəzurun inkişafı Azərbaycanın Türk dünyası və Asiya ilə nəqliyyat-logistika bağlantılarını genişləndirir. Onun sözlərinə görə, bu bölgələrin enerji, logistika, siyasi və iqtisadi baxımdan vahid şəkildə inkişaf etdirilməsi Azərbaycanın gələcək strategiyasında mühüm rol oynayır.

 

"Azərbaycan bu yollar vasitəsilə həm Asiya, həm də Orta Dəhliz üzərindən Türk dünyası ilə bağlantılarını getdikcə genişləndirir. Bu bölgələrin inkişafı və onların birlikdə irəliləməsi çox vacib məsələdir.Naxçıvan, bilirsiniz ki, siyasi baxımdan da əhəmiyyətli rol oynayır. Azərbaycan dövlətçiliyinin və Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvandan başlaması böyük siyasi məna daşıyır. Naxçıvan ümumiyyətlə hər zaman Azərbaycan siyasi elitasında və siyasi həyatında böyük rol oynayıb.Bugünkü gündə Naxçıvan logistika baxımından da böyük tranzit bölgəyə çevrilir. Eyni zamanda tranzit yolları Qarabağda və Zəngəzurda da böyük əhəmiyyət daşıyır.Ona görə də hər iki bölgənin inkişafı həm enerji, həm logistika, həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın gələcəyində və gələcək layihələrində böyük əhəmiyyət daşıyır”.

 

Nurgün Qənizadə

#baki #konsepsiyası #azərbaycan #vahid
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər