00:00:00
Yazar
Admin User
10.01.2026 09:48 80 1 dəq oxuma
Sosial

Naxçıvanda qarın hündürlüyü 37 sm-ə çatıb

Naxçıvanda qarın hündürlüyü 37 sm-ə çatıb

Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Belə ki, Biçənək kəndində səhər saat zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.

 

Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.

 

Qeyd olunub ki, Kükü kəndində qar yağışı dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər