Naxçıvandan Türkiyəyə ixrac 25 %-ə yaxın artıb
Bu ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % artaraq 47,8 milyon ABŞ dolları təşkil edib. Onun sözlərinə görə, son 1 ildə muxtar respublikadan Türkiyəyə ixracın dəyəri 24,8 % artıb.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, bu hadisə Naxçıvanda qeyri-neft-qaz sektorunun inkişafına böyük töhfə verəcək:
"Naxçıvandan Türkiyəyə ixracın artması istənilən halda çox müsbət bir hadisədir. Bu, qarşılıqlı ticarət əlaqələrinin genişlənməsindən və iqtisadi münasibətlərin inkişafından xəbər verir. Zəngəzur dəhlizi də reallaşdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bölgədə daha böyük inkişaf səviyyəsi əldə edəcəyi qaçılmazdır. Bu həm Naxçıvan üzərindən daşımaların həyata keçirilməsi sahəsində özünü göstərəcək, həm də ümumiyyətlə Naxçıvanın regional əlaqələrinin və ticarət münasibətlərinin inkişafına təsir edəcək. Eyni zamanda bütün bunlar Naxçıvanda qeyri-neft-qaz sektorunun inkişafına böyük töhfə verəcək və düşünürəm ki, Naxçıvanda qeyri-neft-qaz sektorunda emal və istehsal müəssisələrinin yaradılması üçün geniş imkanlar formalaşdıracaq. Bu baxımdan ixracın təxminən 25 faizə yaxın artması bir daha göstərir ki, bu çox müsbət hadisədir və bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün də yaxşı təsir elementidir. Xüsusən də ölkədə qeyri-neft-qaz sektorunun inkişafı üçün təkanverici bir amildir".
Xədicə Məhərrəmli
