00:00:00
Yazar
Admin User
23.11.2015 07:55 553 1 dəq oxuma
Siyasət

Nazir Beyləqanda vətəndaşların şikayət və təkliflərini dinləyəcək

Səlim Müslümov noyabrın 27-də saat 10:00-da Beyləqan rayonunda Heydər Əliyev Mərkəzində Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Nazir Beyləqanda vətəndaşların şikayət və təkliflərini dinləyəcək

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 27-də saat 10:00-da Beyləqan rayonunda Heydər Əliyev Mərkəzində Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. 

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin info@mlspp.gov.az elektron poçt ünvanı, Beyləqan, Füzuli, İmişli, Xocavənd rayonları üzrə (021) 246-62-68, Kürdəmir rayonu üzrə (020) 255-23-45, Ucar və Zərdab rayonları üzrə (020) 213-15-51 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. 

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər