00:00:00
Yazar
Admin User
07.02.2026 16:17 90 1 dəq oxuma
Siyasət

Nazir Talıbovu yüksək vəzifəyə təyin edib

Nazir Talıbovu yüksək vəzifəyə təyin edib

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.

 

"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.


O, artıq vəzifəsinin icrasına başlayıb.

 

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.


O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər