00:00:00
Yazar
Admin User
07.09.2015 05:17 388 1 dəq oxuma
Sosial

Nazirlik 1007 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərdən artıq əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb.
Nazirlik 1007 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000 nəfərdən artıq əlilliyi olan şəxs istirahət mərkəzlərinə yola salınıb.

İnformatorun məlumatına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 43 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb. Yola salınma zamanı onlar sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi və mənəvi tələbatlarının ödənilməsinə göstərilən yüksək diqqət və qayğıya görə  Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ƏƏSMN-nin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasına yönələn digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də nəzərdə tutulub. Bu sahədə aparılan məqsədyönlü işlər nəticəsində cari ilin yaz-yay mövsümündə ƏƏSMN tərəfindən artıq 1007 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

İstirahət günlərində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur. Onların qeyd olunan mərkəzlərə aparılması və qaytarılması, eləcə də gəzinti turlarının təşkili  xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər