Nazirlik təkzib edib: Saxta məlumatlar...
Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılıb.
"İnformator.az" "Kult.az"a istinadən xəbər verir ki, bu barədə nazirlikdən açıqlama verilib.
Nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənən məlumatlara istinad edilməsini zəruri hesab edir:
“Qeyd edirik ki, rəsmi təsdiqini tapmayan, qərəzli və dövlət qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır”.
