00:00:00
Yazar
Zəhra Həsənova
04.08.2026 18:49 44 2 dəq oxuma
Siyasət

Neft şirkətləri İran müharibəsindən milyardlar qazanır: Tramp “pulu xalqa paylayın” deyib

Neft şirkətləri İran müharibəsindən milyardlar qazanır: Tramp “pulu xalqa paylayın” deyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerikanın “ExxonMobil” və “Chevron” neft şirkətləri Hörmüz boğazındakı hərbi böhran fonunda daha artıq mənfəət əldə edirlər.


Mövzu ilə bağlı “İnformator.az”a politoloq Ramiyə Mamedova bildirib ki, Trampın “pulu xalqa paylayın” deməsi populist çıxış kimi qiymətləndirilə bilər:

 

"Çünki Tramp seçki öncəsi bu cür çıxışlara hər zaman yer verib.Bu çıxış həm siyasi, həm də iqtisadi baxımdan qiymətləndirilə bilər. İqtisadi baxımdan bilirsiniz ki, İran müharibəsi ilə bağlı yanacaq qiymətləri həddindən artıq qalxıb və bununla bağlı neft şirkətləri çox böyük gəlirlər əldə ediblər. Həm İran, həm də Ukrayna-Rusiya məsələsində son dövrdə Chevron və ExxonMobil kimi şirkətlər həddindən artıq böyük gəlirlər qazanıblar.Trampın çağırışı ondan ibarətdir ki, həmin gəlirlər hesabına yanacaq qiymətləri azaldılsın. İnsanlara “mən sizin tərəfinizdəyəm, bu şirkətlər onsuz da bu pulları qazanıblar, ona görə də bu pullardan azaltmaq lazımdır” mesajını verir. Yəni insanların yanacağa ödədikləri vəsait azaldılmalıdır. Belə bir çağırış edir.Bu, seçki öncəsi insanlara verilən bir ismarıcdır. “Mən sizin tərəfinizdəyəm, siz mənim seçicilərimsiniz, mən sizi düşünürəm” mesajını çatdırmağa çalışır.Məsələnin siyasi tərəfi də var. Çünki seçki öncəsidir və səs toplamalıdır. “Mən müharibə etməyəcəyəm” deyən prezident bu gün ən böyük müharibələrdən birinə girib. Ona görə də həm iqtisadi, həm də siyasi baxımdan bu cür çıxışlara yer verir.Şirkətlərə də ismarıc verir ki, əldə etdikləri qazanclardan seçki kampaniyasına və digər istiqamətlərə yatırımlar edilməlidir.Trampın çağırışı ondan ibarətdir ki, şirkətlər həm iqtisadi, həm də siyasi baxımdan böyük qazanc əldə ediblər və bu istiqamətdə yatırımlar etməlidirlər. Eyni zamanda seçki öncəsi bu cür təbliğat üsullarından istifadə edir”.

#baki #tramp #xəbər #müharibəsindən #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər