00:00:00
Yazar
Admin User
03.02.2026 15:51 54 2 dəq oxuma
Sosial

“Nestlé” zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədə uşaq qidalarını geri çağırıb

“Nestlé” zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədə uşaq qidalarını geri çağırıb

İsveçrənin “Nestlé” şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qida qarışıqlarında potensial təhlükəli toksin riski ilə əlaqədar 25 ölkədə məhsullarını geri çağırıb. Geri çağırmaya SMA, BEBA və NAN markalı qida qarışıqları daxildir. Şirkət bildirib ki, məhsullarda “Bacillus cereus” bakteriyasının ifraz etdiyi “cereulid” toksini ola bilər, lakin indiyədək yoluxma və hər hansı simptom qeydə alınmayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, əgər valideynlər geri çağırmaya daxil olan SMA, BEBA və ya NAN qida qarışıqlarından istifadə ediblərsə, ilk növbədə həmin məhsulun partiya (lot) nömrəsini və istehsal tarixini yoxlamalıdırlar:

 

“Əgər məhsul geri çağırma siyahısına daxildirsə, ondan istifadə dərhal dayandırılmalı, qalıq varsa, atılmalı və ya satış nöqtəsinə qaytarılmalıdır. Uşaqda qusma, ishal, halsızlıq, qarın ağrısı kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən pediatra müraciət edilməlidir. Simptomlar olmasa belə, valideynlərin panikaya düşməsinə ehtiyac yoxdur, çünki şirkət artıq bildirib ki, indiyədək faktiki zəhərlənmə halları qeydə alınmayıb.

Xüsusilə qida uzun müddət otaq temperaturunda qalarsa, qarışıq hazırlanıb sonradan təkrar qızdırılarsa və gigiyena qaydalarına əməl olunmazsa risk artır. Bu toksin istiyə davamlıdır, yəni sonradan qaynatmaq onu tam zərərsizləşdirməyə bilər. Körpələrdə immun sisteminin zəif olması səbəbindən qusma və kəskin mədə-bağırsaq pozğunluqları riski daha yüksəkdir. Valideynlər bir neçə sadə, lakin effektiv qaydaya əməl etməklə riski minimuma endirə bilərlər: qida qarışığını yalnız istifadədən dərhal əvvəl hazırlamaq: hazırlanmış qarışığı saxlamamaq və təkrar istifadə etməmək: ölçü qaşıqlarını və butulkaları hər istifadədən sonra yaxşı yumaq və steril saxlamaq: məhsulun qablaşdırmasında göstərilən saxlama və istifadə təlimatlarına ciddi əməl etmək: rəsmi geri çağırma və xəbərdarlıqları mütəmadi izləmək. Bu tədbirlər təkcə bu hadisə üçün deyil, ümumilikdə körpə qidalanmasında təhlükəsizliyin təmin edilməsi üçün vacibdir.

Sağlam qidalanın, sağlam yaşayın!”

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər