00:00:00
Yazar
Zəhra Həsənova
14.05.2026 23:46 25 6 dəq oxuma
Siyasət

Netanyahu BƏƏ-yə gizli səfər edib - ŞƏRH

Netanyahu BƏƏ-yə gizli səfər edib - ŞƏRH

Benjamin Netanyahu ABŞ və İsrailin Irana qarşı həyata keçirdiyi əməliyyatlar zamanı United Arab Emiratesə gizli səfər edib. 

Məlumata görə, İsrailin Baş naziri BƏƏ Prezidenti Mohamed bin Zayed Al Nahyan ilə görüş keçirib. Netanyahu administrasiyası səfərin İsrail ilə BƏƏ arasındakı münasibətlərdə “tarixi irəliləyiş” yaratdığını bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında olan münasibətlərin güclənməsi əlbəttə ki, çox ciddi bir vektordur:

 

"Bu yeni vektordur və təbii ki, güclərin balansına öz təsirini göstərir və burda bir məsələyə diqqət yetirmək vacibdir. Çünki faktiki olaraq, indi İsrail rəhbərliyi İranın vaxtı ilə İsrailə qarşı tətbiq etdiyi mexanizmlərdən, metodologiyadan istifadə etməyə cəhdlər göstərir. Çünki İsrailin ətrafında İran bir neçə bəndi öz təsir altına götürməklə demək olar ki, anti-İsrail cəbhəsini formalaşdıra bilib. Burda Həmas qrupu var idi,sonra Hizbullah var, Suriya var idi və Nəhayət İraq indi var. Və təbii ki, İsrail özünü çox narahat hiss edirdi.  Odur ki, həm o dəmir qüvvə sistemini verməklə, raket verməklə və.s kimi demək olar ki, Birləşmiş Ərəbliklərini İrana qarşı faktiki olaraq hazırlayıb və orda yerləşdirdiyi mexanizmlərdən, silah və sursatlardan da özü istifadə edə bilər. Amma bu o zaman ola bilər ki, əgər İran artıq bu yenilikləri və dəyişiklikləri qulaq ardına vursa. Mən düşünmürəm ki, İran bu məsələlərə sakit-sakit yanaşacaq. Çünki hələ bir-iki həftə bundan qabaq İran xüsusilə, bildirib ki, demək iki dəfə ona tətbiq edilən hücumlar əsnasında hər hansı bir qüvvə, hər hansı bir ölkə əgər Amerika ilə İsrail tərəfində olub və onlara dəstək göstəribsə, onların obyektləri artıq hədəfdə olacaq. Yəni indiki məqam mən elə düşünürəm ki, İran üçün bir o qədər də belə bir sürpriz məsələ deyil. Yəni İranın görünür orda bölgədə casus şəbəkəsi artıq bu məsələlərlə bağlı məlumatlar əldə eləyib hara lazımdır ötürmüşdür və o baxımdan da hesab edirəm ki, İran sona qədər gözləyəcək. Çünki regional arxitekturanın qurulmasında söhbət təhlükəsiz arxitekturasından gedir. Mən deyərdim ki, indiki zamanda Birləşmiş Ərəb Əmirlikləri ən zəif bəndlərdən biridir. Yəni biz indi burda Bəhreyni saymayaq, Qətəri saymayaq, amma Səudiyyə Ərəbistanın faktoru var və Səudiyyə Ərəbistanı ən böyük iri dövlət kimi hər halda həm Bəhreynə, həm də Qətərə təsirlər göstərə bilir. Yəni o cəhətdən xüsusilə, Qətərlə, Səudiyyə Ərəbistan İranla gələcək münasibətlərin təməlləri üzərində işləyirlər. Bəhreyn, bəli, barışmaz mövqedədir və eləcə də Birləşmiş Ərəb Əmirlikləri. Amma Birləşmiş Ərəb Əmirliklərinin ən zəif nöqtəsi bu su təminatıdır. Yəni orda sahil boyunca bir neçə  dəniz suyunu təmizləyib onu istifadəyə verən qurğuları var. Və onlar demək olar ki, həyatı əhəmiyyət kəsb edir, Əmirlikdə yaşayan insanların güzaranında. Və əgər İran onları sıradan çıxara bilsə, ya çıxarsa, ya çıxarmaq istəsə, bu həqiqətən də çox böyük bir təhlükə olacaq. Hətta Amerikanın məşhur demək, hərbi və siyasi analitiki Scott Riter o artıq hətta mən hesab edirəm ki, bir üç həftə, bir ay bundan qabaq deyib ki, Birləşmiş Ərəb Əmirlikləri demək olar ki, öz statusunu bir dövlət kimi, müstəqil dövlət kimi itirə bilər. Çünki İran əgər onlara təsirli zərbələr endirsələr, artıq orda həyat məkanı sıfırlana bilər. Yəni bunu Skot Ritter Amerika Birləşmiş Ştatlarının çox məlumatlı, analitiki söyləyib. İndi demək, təhlükəsizlik əməkdaşlığına gəldikdə isə, İranın regiondakı siyasəti, əlbəttə ki, yalnız və yalnız öz potensialına güvənir və digər tərəfdən də, Rusiya ilə Çin arasında olan münasibətlər də heç kəs üçün sirr deyil. Yəni faktiki olaraq, indi baxmayaraq, İran blokada şəraitinə hardasa qərq edilib. Amma, əslində, İranın ərazisi o dərəcədə böyükdür ki, yəni onu tam blokada saymaq olmaz. Yəni dəniz yolları bağlıdır. İran özü Hörmüz boğazını demək bağlayandan sonra Amerikada İranın demək çıxışlarını məhdudlaşdırıb, bağlayıb. Amma bu o demək deyil ki, yəni İran burda çarəsiz bir vəziyyətdədir. Çünki İranın alternativ xəttləri, yolları var. Bu Türkiyə vasitəsilə, Pakistan vasitəsilə, Xəzər dənizi ilə, Rusiya vasitəsilə, hətta, Türkmənistan vasitəsilə. Ona görə də, bu proseslərdə mən deməzdim ki, yəni İran burada küncə sıxılan vəziyyətdədir. Əksinə, İranın manevr imkanları kifayət qədər genişdir və o imkanlarından istifadə edə bilir. ABŞ-nin bu proseslərdəki aktiv iştirakı və hərbi diplomatik ittifaqların yaranmasına səbəb ola bilərmi deyə düşünsək, mən buna inanmıram səbəb olsun. Çünki faktiki olaraq indi əgər hələ bu məsələnin nöqtəsi qoyulmayıbsa da bu başdan bəllidir ki, yəni Amerika Birləşmiş Ştatları son dərəcə təsirli imic zərbələri hiss edib özündə. Sonra İranın demək raket potensialı qarşısında Amerika Birləşmiş Ştatları bir qədər sönük görünür. Düzdür, Amerikanın donanması həddən artıq böyük potensiala malikdir. Orda fəlakətlər də var, hava daşıyıcılar, sonra təyyarələr və.s kimi. Amma İranın artıq bir neçə dəfə atəşləri Amerikanın hətta havaya daşıyan gəmilərinin uzaq bir tərəfə çəkilməsi ilə nəticələnib. Yəni faktiki olaraq indiki bu müharibədə də artıq bəlli oldu ki, bax elə nəhəng üzən vasitələrinin heç bir xeyri yoxdur. Və dronlar, eləcə də raketlərin o zərbəsi, dalğavarı zərbəsi altında hətta belə nəhəng  üzən vasitələr də geri çəkilməli olur. Və təsadüfi deyil ki, artıq Amerika donanması demək olar ki, öz çox güclü səhmlərinin çökməsini indi yaşayır. Və o baxımdan da hələ bu yaxınlarda, konqresdə dinləmələr olduğu halda çox kritik suallara Amerika hərbi Komandalığının rəhbərləri də, sonra hərbi donanmanın admiralları da  tutarlı cavablar verə bilmədilər. Yəni suallar o dərəcədə kəskin və aktual idi ki, faktiki olaraq donanmanın bir qədər acizlik səbəbləri üzə çıxdı və hərbi komandirlər, o cümlədən, dörd ulduzlu mən deyərdim, generallar da o vəziyyətdə bir qədər çıxılmaz vəziyyətə düşmüşdür. Odur ki, hesab edirəm indiki zamanda ki, artıq yeni texnoloji vasitələr müharibələrdə istismar edilir, sonra istifadə edilir. Onlar kritik şəkildə vəziyyəti dəyişiblər və bu baxımdan da artıq bəlli olur ki, yəni müxtəlif bölgələrdə hətta dünya nəhəngləri özünəməxsus çətinlikləri yaşayırlar. Əgər onlar hücum taktikasından istifadə etmək istəyirlərsə və digər tərəfdən də görürlər ki, bəli, o onların belə deyək də, ən mütərəqqi taktiki gedişlərinə əks cavablar da özünəməxsus təsirə malikdirlər. İnanmıram ki, bax bu şəraitdə Amerika Birləşmiş Ştatları yeni bir blokların yaranmasına izin versin və ya onların önünə çıxsın, desin ki, gəlin bax biz burda yeni bir təşkilat düzəldirik. Bir də ki, Amerika Birləşmiş Ştatları elə NATO-ya olan münasibətindən də biz görürük ki, indi o gücdə də deyil, o istəklərdə də deyil, o məramda da deyil ki, Yaxın Şərqdə məsəl üçün İrana qarşı bir blok formalaşdırsın. Çox güman ki, bu məsələ artıq arxaik bir müstəvidə qalıb. Yəni keçmişin səsini bizə çatdırır. İndiki zamanda hətta nisbətən yığcam güclər belə görürsən ki, taktiki baxımdan, strateji gedişlər baxımından elə bir manevrlərə yol verirlər ki, onların qarşısını almaq çətin olur".

Aişə Mustafayeva

#səfər #netanyahu #şərh #bəə-yə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər