00:00:00
Yazar
Admin User
05.02.2026 18:12 70 2 dəq oxuma
Siyasət

Netanyahu İlham Əliyevi Yerusəlimə dəvət edib: “Bu il gəlsin”

Netanyahu İlham Əliyevi Yerusəlimə dəvət edib: “Bu il gəlsin”

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi salamlarını çatdıraraq onu bu il Yerusəlimə səfərə dəvət edib. İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində çıxış edən Netanyahu Prezident Əliyevin İsraildə səmimi və isti qarşılanacağını bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Kənan Novruzov bildirib ki, Azərbaycan-İsrail əlaqələri həmişə yaxşı olub:

 

"İndi də yaxşıdır və inkişaf edir. İran-İsrail arasında artan gərginlik fonunda təbii ki, İsrailin Azərbaycana daha çox ehtiyacı var və bu ehtiyac bir neçə məqamla bağlıdır. Birincisi, İsrail perspektivdə başa düşür ki, Azərbaycan tərəflər arasında tərəfdar ola bilər. Ona görə İsrail bu variantın aktuallığını qorumaq naminə Azərbaycanla münasibətləri qorumaq və mümkünsə, daha inkişaf etdirmək istəyir.

 

İkincisi, ola bilsin ki, İsrail Azərbaycanın İranın xeyrinə öz mövqeyini dəyişə biləcəyindən narahatdır. Bu baxımdan hazırkı vəziyyətdə İsrail Azərbaycana xüsusi diqqət göstərir. İlham Əliyevin əlbəttə İsrailə səfəri mümkündür. Azərbaycan balanslı xarici siyasətin tərəfdarıdır. Azərbaycanın müstəqil şəkildə, heç kimdən asılı olmadan həm Tehran, həm Təl-Əviv ilə əlaqələri var. Bu balanslı siyasət əvvəllər də sınaqdan çıxıb, ən azı Şərqi Avropada və digər regionlarda. O baxımdan bu səfər baş tuta bilər və mümkün səfər təbii ki, ikitərəfli əlaqələrdə yeni səhifənin açılması ilə yadda qala bilər".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər