00:00:00
Yazar
Səadət Əlizadə
05.10.2026 14:03 88 1 dəq oxuma
Siyasət

Netanyahu: İran rejimi yaşamaq uğrunda mübarizə aparır, sonda məhv olacaq

Netanyahu: İran rejimi yaşamaq uğrunda mübarizə aparır, sonda məhv olacaq

“İsrail İslam Respublikasının bu ölkənin mövcudluğunu təhdid etməsinə imkan verməyəcək”.


"İnformator.az" xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

 

“Tehrandakı terrorçu rejim qurulduğu vaxtdan bəri heç vaxt olmadığı qədər zəifdir. Öz mövcudluğunu qorumaq – yaşamaq uğrunda mübarizə aparır və sonda məhv olacaq”, - hökumət başçısı bildirib.

 

Netanyahu qeyd edib ki, İsrail müharibə zamanı İranın ballistik raket arsenalına və nüvə obyektlərinə dağıdıcı zərbələr endirib.

 

“Bu mövcudluq təhlükəsinin həllini gələcək nəsillərə həvalə edə bilmərik, çünki belə olsa, gələcək nəsillər olmayacaq”, - İsrail lideri əlavə edib.

#olacaq #yaşamaq #məhv #gündəm #mübarizə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər