00:00:00
Yazar
Admin User
06.02.2026 15:58 211 2 dəq oxuma
Siyasət

Netanyahu Misirin hərbi gücündən narahatdır

Netanyahu Misirin hərbi gücündən narahatdır

 

İsrailin Baş naziri Benyamin Netanyahu Misirin hərbi potensialının artmasından narahatlığını ifadə edib və bunu İsrail üçün real təhlükə kimi qiymətləndirib. KİV-in məlumatına görə, parlamentin xarici işlər və müdafiə komissiyasının qapalı iclasında çıxış edən Netanyahu bildirib ki, İsrail və Misir arasında diplomatik münasibətlər və ortaq maraqlar mövcud olsa da, Misir ordusunun hərbi imkanlarını fəal şəkildə artırması diqqətlə izlənilməlidir. 

 

Mövzu ilə bağlı deputat Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Misirin mövqeyi regionda güc balansının qorunması, sərhəd təhlükəsizliyi və siyasi nüfuz məsələləri ilə birbaşa bağlıdır. İsrailin Misirlə bağlı bu cür ritorikasının arxasında daha dərin siyasi səbəblər dayanır:

 

“İsrailin Misirə qarşı bu tənqidlərinin əsas səbəbi Trampın fələstinlilərin köçürülməsi ilə bağlı planıdır. İsrail Misiri bu plana daha açıq dəstək verməyə təşviq etmək üçün onu hərbi təhdid kimi təqdim etməyə çalışır. Misir öz növbəsində bu ritorikaya sərt cavablar verməklə daxili sabitliyini və Prezident Əbdülfəttah Sisinin nüfuzunu gücləndirmək istəyir. Qahirənin əsas məqsədi İsrailin Misiri təhlükə mənbəyi kimi təqdim etməsinə qarşı çıxmaq və sülh sazişlərinin yerinə yetirilməsinə sadiqliyini nümayiş etdirməkdir. Misir və İsrail arasında hərbi eskalasiya real deyil və hazırkı ritorik savaş əsasən, daxili siyasətə hesablanıb. Misir həm İsraillə sərhəddə yerləşir, həm də Qəzza ilə çox sıx - həm siyasi, həm də humanitar əlaqələrə malikdir. Misirin müəyyən hərbi gücü olsa da, Qərblə yaxın əməkdaşlıq içində olduğuna görə İsrail üçün real təhlükə hesab edilmir”.

 

Deputatın sözlərinə görə, İsrailin hazırda bölgədə əsas rəqib və real risk kimi gördüyü ölkə Misir deyil, Türkiyədir:

 

“İsrailin hazırda özünə ciddi rəqib və ehtiyat etdiyi ölkə Türkiyədir. Türkiyə sabah İsrail əleyhinə qəti addımlar atmağa başlasa, bu, İsrail üçün regionda ciddi problemlər yaradacaq”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər