00:00:00
Yazar
Səadət Əlizadə
21.07.2026 20:01 43 1 dəq oxuma
Siyasət

Netanyahu Təhlükəsizlik Şurasını toplayıb

Netanyahu Təhlükəsizlik Şurasını toplayıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında artan münaqişə fonunda ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.
 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Netanyahunun Təhlükəsizlik Şurasını toplaması göstərir ki, İsrail regionda yaranmış yeni vəziyyəti yalnız İran istiqamətində deyil, bütövlükdə çoxcəbhəli təhlükəsizlik müstəvisində qiymətləndirir:

 

"Yaxın günlərdə Tel-Əvivin hava hücumundan müdafiə sistemlərini gücləndirməsi, ehtiyat hərbi qüvvələrin hazırlıq səviyyəsini artırması, kəşfiyyat fəaliyyətini genişləndirməsi və İranın regiondakı proksi qüvvələrinə qarşı preventiv əməliyyatları davam etdirməsi ehtimalı yüksəkdir. Eyni zamanda İsrailin ABŞ ilə hərbi-siyasi koordinasiyanı daha da intensivləşdirəcəyi və diplomatik müstəvidə İran üzərində beynəlxalq təzyiqin artırılmasına çalışacağı gözlənilir.Mövcud gərginlik Livan, Suriya və Qəzza istiqamətlərində də riskləri artırır. Livanda Hizbullahın sərhəddə fəallığını artırması, Suriyada İranın dəstəklədiyi silahlı qrupların İsrailə qarşı yeni təhdidlər yaratması, Qəzzada isə hərbi əməliyyatların yenidən intensivləşməsi ehtimalı qalır. Bu baxımdan, İsrail üçün əsas məqsəd yalnız İranla qarşıdurmanı idarə etmək deyil, eyni zamanda regionda eyni vaxtda bir neçə cəbhənin açılmasının qarşısını almaq olacaq. Buna görə də yaxın dövrdə Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin daha həssas və dəyişkən mərhələyə daxil olması gözlənilir".

 

Səadət Əlizadə

#azərbaycan #yeni #netanyahu #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər