00:00:00
Yazar
Admin User
09.02.2026 09:05 228 2 dəq oxuma
Siyasət

Netanyahu-Tramp görüşü

Netanyahu-Tramp görüşü

İsrailin Baş Naziri Benyamin Netanyahunun Vaşinqtona planlaşdırılan səfəri Yaxın Şərqdə artan gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır. 11 fevralda ABŞ Prezidenti Donald Trampla baş tutacaq görüşdə əsas diqqət ABŞ-İran danışıqlarına yönələcək. Tel-Əviv üçün İranın nüvə proqramı və regional təsir imkanları milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Bu baxımdan Netanyahu-Tramp görüşü yalnız ikitərəfli münasibətlər deyil, həm də regionun gələcək təhlükəsizlik balansı baxımından həlledici ola bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ və İran arasında baş verən gərginliyin əsas səbəblərindən biri də onun müttəfiqi İsrailin təhlükəsizliyi məsələsidir:

 

“İsrail əslində İrana hərbi müdaxilənin tərəfdarıdır və istəyir ki, ABŞ İranı vursun. Lakin Vaşinqton öz maraqlarını və müharibədən doğacaq mənfi nəticələri nəzərə alaraq hərbi müdaxilə məsələsində tərəddüd edir, təzyiq vasitəsi ilə boyun əydirmək istəyir. Əslində, ABŞ-nin İrana hücumu etirazçıların öldürülməsi ərəfəsində gözlənilirdi. İsrail da bunda maraqlı idi. Lakin ABŞ bunu etməyib. Hazırda İsrail səbrsizlənir və Tramp administrasiyasına təzyiq edir. Epşteyn dosyasının açılması da Trampa təzyiqlərindən biri idi. Eyni zamanda, Netanyahunun çıxışında ABŞ dövlətinin qurulmasında yəhudilərin yolunu vurğulaması da Vaşinqtona təsir xarakteri daşıyır. Arada elə maraqlar və məsələlər var ki, ABŞ İsraillə münasibətlərə həssas yanaşmağa məcburdur. İrana qarşı irəli sürülən tələblərdən geri çəkilməməkdə İsrailin israrı bir daha təkrar olunacaq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər