00:00:00
Yazar
Admin User
06.02.2026 08:34 166 2 dəq oxuma
Siyasət

Netanyahunun rəhbərliyi ilə Təhlükəsizlik Şurası toplanıb

Netanyahunun rəhbərliyi ilə Təhlükəsizlik Şurası toplanıb

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Rəsmi mənbələrə istinadən “The Times of Israel”in yaydığı məlumata görə, iclas ABŞ və İran nümayəndələrinin Omanda nüvə proqramı üzrə danışıqlar üçün görüşündən bir gün əvvəl baş tutub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərliyi ilə Təhlükəsizlik Şurasının keçirilən iclası, İranla nüvə danışıqları öncəsi regionda strateji hazırlığın mühüm göstəricisi kimi qiymətləndirilə bilər:

 

“Toplantının ABŞ və İran nümayəndələrinin Omanda nüvə proqramı üzrə görüşündən bir gün əvvəl keçirilməsi Təl-Əvivin prosesə nəzarətini və mümkün ssenarilərə hazırlığını nümayiş etdirir. İclasın əsas məqsədi İsrailin təhlükəsizlik mənafeyini təmin etmək və diplomatik danışıqların nəticələrinə qarşı proaktiv hazırlıq görməkdən ibarətdir. İclasın gündəliyi barədə rəsmi detallar açıqlanmasa da, ehtimal olunur ki, əsas diqqət İranın nüvə fəaliyyətlərinin qiymətləndirilməsi və ABŞ-İran danışıqlarının potensial nəticələrinə hazırlıq üzərində cəmlənib. İsrail kəşfiyyatının toplanan məlumatları təhlil etməsi, hərbi planlama və regional tərəfdaşlarla koordinasiya məsələləri iclasın əsas mövzularından biri ola bilər. Bu ehtimallar İsrailin İranın nüvə proqramına dair narahatlıqlarını və regiondakı strateji mövqeyini qorumaq niyyətini əks etdirir. İsrailin prioritet hesab etdiyi risklər arasında İranın nüvə silahına yaxınlaşması, regiondakı hərbi balansın pozulması və priksi qruplara dəstək verməsi yer alır. Netanyahunun hökuməti üçün həmçinin diplomatik sanksiyaların zəifləməsi və İranın maliyyə imkanlarının artması da ciddi təhlükə təşkil edir. Bunlar İsrailin strateji üstünlüyünü və regiondakı sabitliyi təhlükə altına sala bilər. Netanyahunun ABŞ administrasiyasına yönəltdiyi mesajlar isə bir neçə səviyyədədir. Birincisi, İsrail İranın nüvə fəaliyyətinə ciddi yanaşılması və mümkün kompromislərin region üçün yaratdığı təhlükələr barədə xəbərdarlıq edir. İkincisi, İsrailin həm diplomatik, həm də hərbi imkanlarının hazır olduğunu nümayiş etdirir və danışıqlara təsir etmək məqsədi güdür. Üçüncüsü, mesaj həm də ABŞ-İsrail strateji əməkdaşlığının möhkəmliyini göstərir. Yəni İrail demək istəyir ki, hər hansı anlaşma İsrailin təhlükəsizliyi ilə uzlaşmalı və onun maraqlarını qorumaq üçün nəzərdən keçirilməlidir. Odur ki, Təhlükəsizlik Şurasının iclası sadəcə rutin məsləhətləşmə deyil, regionun geosiyasi dinamikasını nəzərə alan strateji hazırlıq kimi qiymətləndirilə bilər. İsrail həm diplomatik, həm də hərbi ssenarilərə ehtiyatlı yanaşaraq, İranın nüvə proqramını izləmək və mümkün nəticələrə qarşı hazırlıq görmək niyyətindədir. Bu iclas həm regiondakı, həm də beynəlxalq auditoriyaya açıq mesajdır ki, Təl-Əviv prosesləri yaxından izləyir və dəyişikliklərə çevik reaksiya verməyə hazırdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər