Netflix komandasına köpəkbalığı hücum çəkdi
Sənədli filmin çəkilişi zamanı köpəkbalığı Netflix komandasına hücum edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Netflix-in Havayda “Our Planet II” sənədli filminin çəkilişləri zamanı ekipaj köpəkbalığının hücumuna məruz qalıb. Köpəkbalığı komandanın şişmə qayığını dişləyərək deşiklər açıb. Rejissor Toby NouNetflix lan köpəkbalığının hücumu barədə məlumat verən zaman heyvanın ac göründüyünü bildirib.
Qeyd edək ki, hadisə vaxtı ekipaj qurudan təxminən 100 metr aralıda olduğu üçün qayıq tamamilə boşalmamış sahilə çata bilib.
