00:00:00
Yazar
Admin User
24.12.2025 17:40 84 1 dəq oxuma
Sosial

Niyə bayram günlərində insanlar ürəklə bağlı daha çox şikayət edir?

Niyə bayram günlərində insanlar ürəklə bağlı daha çox şikayət edir?

Bayram günlərində insanlar daha çox yemək hazırlığına, hədiyyə alışına, ailə üzvləri və dostlarla vaxt keçirməyə üstünlük verirlər. Belə şəraitdə sağlamlıq çox vaxt arxa plana keçir.

 

Mövzu ilə bağlı “informator. az” a açıqlamasında kardioloq Vüqar Məmmədov bildirib ki,bayram ərəfəsində ürəyin fəalliyyəti gərginlikdə işləyir:

 

“Buna müxtəlif səbəbləri göstərmək olar. İlk səbəb bayram süfrəsində spirtli içkilərin olmasıdır. Spirtli içkilər bədəndə mayeni azaldır. Orqanizm maye azlığı hiss edir və elektrolit balansı dəyişir. Elektrolit balans dəyişdikdə isə ürək fəaliyyətində gərginlik yaradır. Bundan əlavə ürək emosional olaraq sevinc hissi keçirir. Bu zaman ürəyin həddindən artıq fəalliyəti artır. Bəzən də duzlu, yağlı yeməklər yeyilir və hərəkət fəalliyəti az olduğunan ürəyin yüklənməsinə səbəb olur. Belə hallar həm ürəyi xəstə olanlar üçün həm də sağlam insanlar üçün təhlükəlidir. Sağlam insanlar spirtli içkilər qəbul edir və ürəkdə kalsiyum itkisi olur . Nəticədə aretmiyalar əmələ gəlir. Aretmiyalar ürək fəaliyyətini çətinləşdirir. Belə hallarda yağlı , şirin qidalar çox qəbul edirlər və şəkərin miqdarı artır. Elə qidalar qəbul etmək lazımdır ki, tərkibində k, mg zəngin qidalar olsun.Spirtli içki içən adam mütləq maye qəbul etməlidir ki, ürəkdə elektrolit balans pozulmasın. Amerika kardioloji assosiasiyasına görə 25 - 26 dekabr və yanavarın 1-i ürək tutmalarının sayı çox olur.”

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər