Niyə qızartmadan əvvəl tavanı sirkə ilə silirlər?
Qızartmadan əvvəl sirkədən istifadə etmək yağın sıçramasının qarşısını almağa, ətin şirəli qalmasına kömək edir və tavanın yuyulmasını xeyli asanlaşdırır.Nəticə etibari ilə bu üsul ciddi yanıqların qarşısını alır.
Mövzu ilə bağlı ev xanımı Nuranə Şixəliyeva “informator .az “a açıqlamasında bildirib ki, bəli mütləq bu üsulu tövsiyyə edərdim:
"Bu üsuldan istifadə etdikdə vaxta qənaət edirik. Həmçinin tavanın təmizlənməsi çox rahat olur. Yağ kafelə, ətrafa sıçramır . Qızardılmış yeməyi tavadan rahatlıqla çıxartmaq olur. Əsasən ət məhsullarından istifadə zamanı bu üsul işimizi daha rahat edir. Tavaya sirkə sürtdükdə yağ ələ sıçramır .Düşünürəm ki, mətbəxdə təhlükəsizliyimiz üçün bu üsuldan istifadə eləməliyik".
Digər ev xanımı isə Hətəmova Zümrüd açıqlamasında bildirib ki, Yemək bişirməmişdən əvvəl bu üsuldan istifadə etməyi tövsiyyə edir:
Bu üsuldan istifadə etdikdə həm tavanın təmizliyi , həm də yağın ətrafa sıçrayıb çirklənməsinin qarşısın alırıq. Ümumiyyətlə, sirkə tavada olan mikroblarıda öldürür. Bu da yeməklərin təmiz şəraitdə bişməsinə imkan yaradır. Daim evimizdə olan məhsulla ən gözəl üsul budur".
Digər ev xanımı isə Məryəm Əliyeva açıqlamasında bildirib ki, bu üsulu bilməmişden əvvəl yemək bişirmək çətin idi:
"Mən qoxulara qarşı həssas olduğum üçün yemək bişirərkən çətinlik çəkirəm. Bu üsulun ən xoşuma gələn tərəfi odur ki, bəzən tavada kəskin iylər məsələn :balıq, qızartmalar bişirdikdə, tavadan iy getmir, yağlar yapışqan kimi olur, sirkə ilə öncədən təmizləmə bunun qarşısını alır".
Selcan Xudiyeva
