00:00:00
Yazar
Admin User
25.12.2025 17:46 79 1 dəq oxuma
Sosial

Nizami rayonunda yaşıllıq ərazinin yerində yeni park açılıb

Nizami rayonunda yaşıllıq ərazinin yerində yeni park açılıb

İki il əvvəl paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən yaşıllıq ərazinin hasara alınaraq restoran tikintisi üçün nəzərdə tutulması sakinlərin etirazına səbəb olub. Yerli əhalinin birgə mübarizəsi nəticəsində yaşıllıq sahənin məhv edilməsinin qarşısı alınıb, ərazi abadlaşdırılıb və bu gün yeni park sakinlərin istifadəsinə verilib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, yaşıllıq sahələrinin durmadan dağıdılıb yerində obyektlərin salınması bu günün ən acınacaqlı ekoloji görüntüsüdür:

 

“Bu gün doğrudan da danılmaz faktdır ki, istər Bakı şəhəri, istər Abşeron yarımadası, istərsə də, birbaşa Sumqayıt şəhəri olsun, addımbaşı bu mənzərəyə rast gəlirsən. Hətta mən deyərdim ki, o bəyənmədiyimiz sovetin dövründən qalan ağacların hesabına bu şəhər nəfəs alır. Əlbəttə, yaşıllıq olmasa, oksigen bolluğu olmur. Bizim qanunvericilikdə ətraf mühitin mühafizəsi ilə bağlı Prezidentimizin sərəncamları, qanunları var. Həmin qanunvericiliyin özündə də yaşıllıqların, yeni meşə zolağının salınması, yol kənarlarında xüsusi ağacların, həmişəyaşıl ağacların əkilməsi göstərilir. Bu gün o sərəncamdan, qanunvericilikdən gələn tələblərə əməl olunsa, çox şey dəyişər. Doğrudan, çox acınacaqlı vəziyyətdədir. Əhalimiz də o qədər də aktiv deyil. Bu gün bizim reallığımız budur. Yəni tək-tək aktivlik göstəriləndə belə susdururlar”.

 


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər