00:00:00
Yazar
Admin User
09.01.2026 16:04 235 1 dəq oxuma
Siyasət

Nobel Sülh Mükafatı Norveç üçün utancvericidir

Nobel Sülh Mükafatı Norveç üçün utancvericidir

"Düşünürəm ki, Nobel Sülh Mükafatı Norveç üçün çox utancverici hal olub. Norveçin bununla nə əlaqəsi olduğunu bilmirəm, amma komitənin yerləşdiyi yer oradır",- bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Donald Trampın Nobel mükafatı almaq niyyəti var:

 

"Təbii ki, bu mükafatla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmır. ABŞ–Norveç münasibətlərinə siyasi baxımdan mənfi təsir göstərə biləcək açıqlamalar doğru qəbul edilə bilməz. Tramp bildirir ki, bu mükafat obyektiv nəticələrə uyğun təqdim edilmir və Norveçin bu prosesdə təsiri mövcuddur. Bu yanaşma müəyyən təzad yaradır. Belə ki, sözügedən mükafat Venesuela müxalifətinin lideri Mariya Maçadoya da təqdim edilib. Onun sülh mükafatı alması Venesuela müxalifətinin mövqeyini müəyyən mənada gücləndirə bilər. Lakin ümumilikdə Donald Trampın çıxışları birmənalı xarakter daşımır. Onun siyasi ritorikası daim təzadlı və rezonans doğuran olur. Norveçə qarşı bu münasibət Trampın Avropaya yönəlik ümumi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu cür çıxışlar siyasi münasibətlərdə gərginliyi artıra bilər və Venesuela müxalifəti üçün də ciddi əhəmiyyət daşımır".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər