00:00:00
Yazar
Admin User
21.11.2025 18:28 138 3 dəq oxuma
Sosial

Nəqliyyat sıxlığının səbəbləri və həll yolları

Nəqliyyat sıxlığının səbəbləri və həll yolları

Böyük şəhərlərin ən ciddi problemlərindən biri olan nəqliyyat sıxlığı artıq insanların gündəlik həyatına birbaşa təsir edən əsas amillərdən birinə çevrilib. Pik saatlarda küçə və prospektlərdə yaranan tıxaclar həm vaxt itkisinə, həm də əlavə iqtisadi xərclərə səbəb olur. Sıxlığın artması nəinki şəxsi avtomobil sahiblərini, həm də ictimai nəqliyyat istifadəçilərini çətin vəziyyətdə qoyur. Bu problemin aradan qaldırılması isə yalnız yol infrastrukturunun genişləndirilməsi ilə deyil, həm də nəqliyyat idarəçiliyinin müasir yanaşmalarla yenilənməsi ilə mümkündür. Mövcud vəziyyətin səbəblərini və potensial həll yollarını öyrənmək üçün bu mövzunu mütəxəssis baxışı ilə təhlil etməyə ehtiyac var.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Bulud Bağırov bildirib ki, adətən avtobusların gəlmə vaxtlarını müxtəlif üsullarla izləmək mümkündür:

 

“Əvəllər avtobus dayanacaqlarında quraşdırılan elektron tablolar real vaxt məlumatını göstərmək üçün nəzərdə tutulub. Təəssüf ki onları yararsız hala salıb ləğv eləyiblər. İndi GPS əsaslı mobil tətbiqlərdən istifadə etmək olar-məsələn rəsmi nəqliyyat tətbiqləri (BakuBus, BakıKart app, və s.) avtobusların real vaxt yerini göstərməli idi. Digəri marşrut xəttinin online xəritələri-Google Maps, Moovit kimi beynəlxalq tətbiqlərdə də bəzi marşrutlar görünə bilər. 

 

Bunun əsas səbəbləri GPS sistemlərinin qeyri-sabit işləməsi-avtobuslarda quraşdırılmış cihazların bəzən sıradan çıxması və ya şəbəkəyə qoşula bilməməsidir. Eyni zamanda idarəetmədə marşrut şirkətləri və nəqliyyat idarəsi arasında məlumat mübadiləsi tam uyğunlaşmadıqda da sistem dəqiq nəticə verə bilmir. Çox ehtimal ki, monitorlar real vaxt məlumatı ala bilmirdi, texniki xidmət göstərilmirdi-monitorlar sıradan çıxırdı, amma vaxtında təmir olunmurdu, infrastruktur zəif idi-internet bağlantısı, elektrik təchizatı, server sistemi stabil deyildi. Digər tərəfdən təhlükəsizlik və zədələnmə problemi yəni bəzi dayanacaqlardakı monitorlar vandalizmə məruz qalırdı və ya layihənin davamlı maliyyələşməməsi-monitorlar quraşdırılsa da, uzunmüddətli baxım üçün büdcə ayrılmamış da ola bilər. Dünya təcrübəsinə əsasən ən effektiv üsul-avtobuslar üçün yüksək dəqiqlikli etibarlı mobil tətbiq sistemi GPS serveridir. Əgər bu sistem düzgün qurularsa, hər avtobus yerini saniyəlik yeniləyə bilər, tətbiqdə real vaxt xəritəsi görünər, istifadəçi avtobus neçə dəqiqəyə gələcəyi məlumatını dəqiq alar. Əlavə olaraq, dayanacaqlarda elektron tablolar real vaxt məlumatı ilə sinxron işləsə, çox rahat olar və açıq məlumat sistemi tətbiqlərə və digər xidmətlərə inteqrasiya imkanı yaradar. Sonda onu da qeyd edim ki, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi”nin rəhbərliy altında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin” son zamanlar bu sahədə gördüyü işlərə kölgə salmaq haqsızlıq olardı. Ancaq yenə də görüləsi işlər çoxdur, məsələn: ictimai nəqliyyat bəzi marşurutlarda çox az saydadır. Dayanacaqlarda avtobusların vaxtını müəyyən edən monitorlar quraşdırılsa, sərnişinlər vaxtlarını hədər keçirdib mənzil başına gecikməzlər. Mən həmişə təklif etmişəm yenə də aidiyyəti qurumlardan xahiş edirəm ki, çatışmazlıqları nəzərə alıb tədbir görsünlər və bir çox marşurutlarda ictimai nəqliyyatın sayını artıraraq, intervalı azaldsınlar ki, sərnişinlər əziyyət çəkməsinlər. İkinci xahişim də odur ki, Bakı şəhərində tramvay xəttinin çəkilməsini uzaq gələcəyə yox, yaxın zamanlara keçirilməsi çox vacibdir. Məncə tramvay xəttinin çəkilməsi şəhərdə tıxacın azalmasında başlıca rol oynayacaqdır”.

 

“İnformator.az”a danışan sərnişin Famil Məmmədov bildirib ki, adətən hərəkət etmək belə mümkün olmur:

 

“Sıxlıq qaçınılmazdır. Amma aradan qaldırmaq mümkündür. Bunun üçün əsaslı addımlar atılmalıdır. Yoxsa çox az məsafəyə gedəndə belə tıxaca görə daha gec çatırıq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər