00:00:00
Yazar
Admin User
19.12.2015 07:11 469 1 dəq oxuma
Dünya

Obamadan Ərdoğana İraq xəbərdarlığı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama Türkiyənin Mosuldakı hərbi qüvvələrinin bölgədən çıxarılmasını müzakirə edib
Obamadan Ərdoğana İraq xəbərdarlığı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama Türkiyənin Mosuldakı hərbi qüvvələrinin bölgədən çıxarılmasını müzakirə edib.

İnformator Türkiyə mətbuatına istinadən xəbər verir ki, Obama bölgədəki gərginliyin azaldılması üçün Türkiyədən hərbi qüvvələrin geri çəkilməsini davam etdirməyi istəyib. Ərdoğan isə türk əsgərlərinin bölgədə olmasını İŞİD-lə mübarizə məqsədi daşıdığını və bölgədəki əhəmiyyətini izah edib.

Ağ evdən verilən məlumata görə, “Prezident Obama türk hərbi qüvvələrinin çəkilməyə davam etməsi daxil olmaqla prezident Ərdoğandan İraqla olan gərginliyi azaltmaq üçün əlavə addımlar atmasını istəyib və Türkiyənin İraqın müstəqilliyi və ərazi bütövlüyünə hörmət göstərməsi”ni bildirib.  

Türkiyə prezident administrasiyası da Obama ilə telefon danışığı haqqında məlumat yayıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər