Ödənişli əsaslarla qəbul olan tələbələrə xoş xəbər
Ödənişli əsaslarla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər.
Mövzu ilə əlaqədar təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az” a olan açıqlamasında bildirib ki, ümumiyyətlə, proses belədir ki, yerləşdirmə nəticəsində əgər pulsuz plan yerlərində boş yerlər qalıbsa, tələbə qəbulu keçirilməyibsə o zaman pullu qəbul olanların bir qismi ora yerləşdirilə bilər:
“Bu yaxınlarda magistraturaya qəbulda da bu hal baş verib. 804 tələbə boş dövlət sifarişli yerlər qaldığı üçün ora yerləşdirilib. Bununla bağlı, müvafiq ali təhsil müəssisələrinə siyahı göndərildi həmçinin tələbələr DİM-dən qeydiyyatdan keçərkən qeyd etdiyi mobil nömrələrinə də sms vasitəsilə bildiriş gəlib. Bu hər il təkrarlanır əslində, dövlətin humanist bir addımıdır. Tələbə ixtisas seçimi edib, yanlış kodlaşdırma nəticəsində pulluya daxil olub, pulsuzda plan yeri qaldığı üçün dövlət onlara şans yaradır. Bu addım subbakalavrlara da aiddir”.
Əlavə olaraq ekspert bildirib ki, müsbət tərəfi odur ki, dörd il ərzində tələbə 2500 ödəyəcəksə, artıq bu tələbənin özünə qalacaq:
"Bu dörd il ərzində tələbə 2500 ödəyəcəksə artıq bu tələbənin özünə qalacaq. Bu istər istəməz, tələbənin maliyyə yükünün xeyli azalmasına səbəb olacaq. Yəni, xüsusən də maddi imkanları məhdud ailələr üçün ödəniş yükündən azad olmaq ciddi bir rahatlıq gətirə bilər. Tələbələr təhsil ilə yanaşı işləmək, məcburiyyətindən qismən xilas ola bilərlər. Ödənişsiz yerə keçmək imkanı tələbələrin daha çox oxumağa, akademik göstəricilərini yaxşılaşdırmağa da təşviq edə bilər.
Burada düşünürəm ki, bu addımı mütləq şəkildə müsbət qiymətləndirmək lazımdır. Dövlətin bir növ atdığı addımdır. Yəni burada əsas məsələ odur ki, tutalım, tələbə hər hansı bir ixtisas riyaziyyat müəllimliyinə kodlaşdırma zamanı müəllimliyin pullusun yazıb, amma tələbə qəbulu keçirərkən pulsuz da boş yer qalıb və həmin pulsuz yerə tələbə keçid edə bilir. Bu həm də onu bir növ etdiyi səhv seçimin düzgünlüyünə gətirib çıxaracaq, yəni tələbə vaxtı ikən səhv seçim eliyib həmin yerə düşüb. Amma indi ödənişdən azad olur. Həmin ödənişdə universitetdə ödədiyi birinci il ödənişli tələbənin tələbəyə qaytarılır.Dövlətin göstərdiyi qayğıdır təhsilə verdiyi diqqətdir, yəni burada mənfi filan axtarmaq qətiyyən düzgün deyil".
Səadət Əlizadə
