00:00:00
Yazar
Admin User
02.05.2023 11:40 493 1 dəq oxuma
Maraqlı

"Oğru pişik" tapdıqlarını evə daşıyır

"Oğru pişik" tapdıqlarını evə daşıyır

İngiltərədə pişik qonşularının paltarlarını və yeməklərini oğurlayaraq evlərinə gətirir.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Harri adlı pişiyin sahibi Donna Hibbert əşyaların sahiblərini tapmaq üçün Facebook-dan istifadə edir.

 

Hibbert bildirib ki, son dörd ildə Harri ətrafdakı evlərdən kolbasa, ayaqqabı kimi müxtəlif əşyalar gətirib. O, pişiyinin təkcə son bir həftədə 6 əşya oğurladığını söyləyib.

 

Harrinin bunları hədiyyə kimi düşündüyünü deyən Hibbert bu hərəkətin səbəbini belə açıqlayıb: "Məncə, pişiklər sahiblərinə mükafat gətirməyi xoşlayırlar. Bu davranışın arxasında duran psixologiya budur".

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər