Okean səthi heç vaxt bu qədər tez isinməmişdi - Alimlər narahatdır
Dünya okeanlarının son vaxtlar sürətlə istiləşməsi alimləri narahat etməyə başlayıb. Çünki bu prosesin qlobal istiləşməni daha da artıracağı qənaətindədirlər.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, bu ay qlobal dəniz səthində yüksək temperaturun yeni rekordu qeydə alınıb. Ötən illərdə dəniz səthində temperaturun heç vaxt bu qədər tez isinmədiyi bildirilir.
Elm adamları bunun baş vermə səbəblərini hələ ki tam izah anlaya bilmirlər.
Amma onlar digər hava hadisələri ilə birlikdə gələn ilin sonuna qədər dünyanın temperaturunun yeni səviyyəyə çata biləcəyindən narahatdırlar.
Mütəxəssislər hesab edirlər ki, güclü El Nino hava hadisəsi, yəni okeanı qızdıran hava sistemi də növbəti aylarda başlayacaq.
Daha isti okeanlar dəniz canlılarını məhv edə, daha ekstremal hava şəraitinə gətirib çıxara və dəniz səviyyəsini yüksəldə bilər.
Aytən
