00:00:00
Yazar
Nigar Həsənzadə
14.02.2026 21:52 32 1 dəq oxuma
Sosial

Onlayn sifariş platformalarında qiymət artımı gözlənilir

Onlayn sifariş platformalarında qiymət artımı gözlənilir

Sifariş platformalarında qiymətlərin artacağı ilə bağlı gözləntilər formalaşıb. Çatdırılma haqları, xidmət komissiyaları və dinamik qiymət siyasəti istifadəçilərin ümumi xərclərinin yüksəlməsinə səbəb olur. Xüsusilə tələbatın yüksək olduğu saatlarda və ya hava şəraiti əlverişsiz olduqda qiymətlərin dəyişməsi daha çox hiss olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, müəyyən lobbiçilik fəaliyyəti göstərilir ki, onlayn ticarət sıxışdırılsın:

 

"Mənə elə gəlir ki, burada daha dərin problemlər var. Düzdür, logistikanın, çatdırılmanın dünyada da bahalaşdığını görürük. Amma bizdə oflayn ticarətlə, yəni ənənəvi ticarətlə məşğul olanların bu məsələyə böyük bir təsiri var. Onlar bu məsələni tez-tez gündəmə gətirirlər, iş yerlərinin və qazancların itiriləcəyini hökumətə bildirirlər.

 

Müəyyən qədər lobbiçilik fəaliyyəti göstərirlər ki, onlayn ticarət sıxışdırılsın. Çünki ənənəvi ticarətlə məşğul olanlar icarə haqqı ödəyir, onların işçiləri var, onlar maaş ödəyirlər və indiki durumda onlayn ticarətlə rəqabətdə uduzurlar. Və onların lobbiçiliyi var ki, bu sahələrdə də qiymətlər qalxsın ki, bunlar rəqabət apara bilsinlər. Amma bu, yanlış yoldur. Ənənəvi ticarətlə məşğul olanlar özləri də yeni reallığa, yeni dünyaya öyrəşməlidirlər, onlayn ticarətin sirlərinə yiyələnməlidirlər. Onlar da onlayn xidmətlərinin həcmini və əlçatanlığını artırmalıdırlar".

 

Aydan Əsgərxanlı

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər