00:00:00
Yazar
Admin User
27.04.2015 05:00 395 2 dəq oxuma
Siyasət

Oqtay Əsədov Hiroşima şəhərində olub

Yaponiyada səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 25-də Hiroşima şəhərində olub.
Oqtay Əsədov Hiroşima şəhərində olub

Yaponiyada səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 25-də Hiroşima şəhərində olub.

İnformator xəbər verir ki, əvvəlcə qonaqlar Hiroşima Sülh Memorial Parkı ilə tanış olublar. Hiroşima şəhər merinin müavini Nişito Kouci məlumat verib ki, park 1945-ci ildə atom bombardmanı nəticəsində tamamilə məhv olmuş Nakacima dairəsinin ərazisində yerləşir. Ümumi sahəsi 12 hektardan çox olan parkın ərazisində Memorial Sülh Muzeyi, çoxsaylı abidələr, mərasimlər zəngi və kenotaf var.

Milli Məclisin Sədri Oqtay Əsədov atom bombasının təsiri nəticəsində həlak olmuş insanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti parkda yerləşən Memorial Sülh Muzeyi ilə tanış olub. Muzeyin girişində qonaqlara Hiroşima faciəsindən bəhs edən müxtəlif nəşrlər təqdim olunub.

Azərbaycan nümayəndə heyəti fəxri qonaqlar zalında atom bombardmanının canlı şahidi olmuş xanım Matsumoto Tomiko ilə görüşüb. Faciə zamanı nənəsindən başqa bütün ailə üzvlərini itirmiş Matsumoto Tomiko bu barədə qonaqlara ətraflı məlumat verib.

Faciə barədə ətraflı məlumata görə Matsumoto Tomikoya təşəkkürünü bildirən Milli Məclisin Sədri Oqtay Əsədov deyib ki, onun kimi insanların yaşaması və yeni nəslə baş verən faciə barədə danışması bütün insanlığa çox böyük xidmətdir.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Bununla da Milli Məclisin nümayəndə heyətinin Yaponiyaya səfəri başa çatıb. Həmin gün nümayəndə heyəti Vətənə dönüb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər