00:00:00
Yazar
Admin User
18.08.2023 17:54 551 2 dəq oxuma
Maraqlı

ORTA ƏSR QƏBİRİSTANLIĞI VƏ SİTAYİŞ EDİLƏN DAŞ QOÇ ABİDƏSİ TAPILDI

ORTA ƏSR QƏBİRİSTANLIĞI VƏ SİTAYİŞ EDİLƏN DAŞ QOÇ ABİDƏSİ TAPILDI

   Cəlilabadın Hacıismayıllı kəndində tarixi qəbiristanlıq aşkar olunub. İlkin olaraq Orta əsrlərə aid edilən qəbiristanlıq ərazisində daş qoç abidəsi, üzərində müxtəlif simvollar, həndəsi fiqurlar-damğa və şəkillərlə bəzədilmiş müxtəlif daşlara rast gəlinir.

  Rayonun Hacıismayıllı kəndində yenicə aşkarlanan Orta əsr qəbiristanlığı böyük bir ərazini - 2 ha yaxın sahəni əhatə edir. Əraziyə daxil olarkən müxtəlif ölçülərdə baş və sinə daşlarına rast gəlinir. XIV-XVI əsrlərə aid olduğu deyilən bu daşların üzəri müxtəlif simvollar, həndəsi fiqurlar – damğa və şəkillərlə bəzədilib. Yerli tarixçilərin sözlərinə görə, daşların üzərindəki yazıların əksəriyyətini “Çərxi-fələk” (svastika) adlandırdığımız kosmoqomik işarələr təşkil edir. Bəzi daşlarda ərəb əlifbası ilə yazılar da var. Tarixçi Elşad Əmənovun sözlərinə görə, bunun unikal cəhəti ondan ibarətdir ki, orta əslər dövrünün müxtəlif mərhələlərinə aid məzar daşları mövcuddur. “Burada həm də qoç fiqurunun olması, ona qırmızının bağlanması, dağdağan ağacına qırmızı kəlağayının bağlanması bu ərazinin xarakterik xüsusiyyətini daha da üzə çıxarır. Müxtəlif cür komoqomik işarələr olan daşlar sayca çoxdur. Gəzdikcə bunlar üzə çıxır”.

  Tarixçi Zahid Aydınoğlu isə alimlərin bura gəlməsini vacib hesab edir. “Qoç bilirsiz ki, həmin dövrlərdə Qaraqoyunlu-Ağqoyunlu dövlətinə xas olan bir əlamətdir. Yəni onların dövründə bu cəsurluq, bolluq rəmzi kimi qəbul olunub, onların dövründə, ona da sitayiş olunub”.

  Tədqiqatçılar deyirlər ki, bu dövrə aid məqbərələr iki məqsəd üçün inşa edilib. Birincisi, Suffizmi təbliğ edən mürşid və müridlərin cəmiyyətdən və hakimiyyətdən kənar bir yerdə xanəgahlar tikərək öz işləri ilə məşğul olması, ikincisi, dünyasını dəyişdikdən sonra din alimləri, ruhanilər üçün türbələrin tikilməsi.

  Qeyd edək ki, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan orta əsrlər dövrünə aid qəbristanlığı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları nəzarətə götürüb. Eyni zamanda tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görülür.

SAMİR

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər