00:00:00
Yazar
Admin User
02.02.2026 16:58 51 2 dəq oxuma
Siyasət

Ötən ay 1738 hektar ərazi minalardan təmizlənib

Ötən ay 1738 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları ilə bağlı yanvar ayının statistik məlumatlarını açıqlayıb. Bildirilib ki, ay ərzində 37 tank əleyhinə mina, 337 piyada əleyhinə mina və 1356 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, həmçinin 1738,3 hektar ərazi minalardan təmizlənib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı bir milyon yarıma yaxın mina Azərbaycan vətəndaşlarının həyatı üçün böyük risk yaradır:

 

“Bu mina terroru nəticəsində bu günə qədər Azərbaycanın 400-ə yaxın vətəndaşı müxtəlif bədən xəsarətləri alıb və ya həyatını itirib. Ümumiyyətlə, hər bir müharibədən sonra minatəmizləmə prosesi ən vacib məsələlərdən biri hesab olunur və bunun üçün beynəlxalq dəstəyə ciddi ehtiyac var. Minalı sahələrin təmizlənməsi təhlükəsizlik və sabitlik baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Hazırda Azərbaycanla Ermənistan arasında problemli məsələlərdən biri də minalanmış sahələrin dəqiq xəritələrinin əldə olunmasıdır. Minatəmizləmə sahəsində Azərbaycana beynəlxalq dəstəyə və tərəfdaşlarla əməkdaşlığa böyük ehtiyac var. Bu istiqamətdə müəyyən dəstək göstərilsə də, hesab edirəm ki, bu, yetərli deyil. Nəzərə alsaq ki, mina probleminin tam şəkildə həlli və minaların təmizlənməsi olduqca böyük maliyyə vəsaiti və uzun zaman tələb edir. Bu baxımdan Azərbaycana bu istiqamətdə daha ciddi beynəlxalq dəstəyə, o cümlədən tərəfdaş ölkələrin fəal iştirakına ehtiyac olduğu xüsusi qeyd edilməlidir. Minaların təmizlənməsi və ərazilərin tam təhlükəsiz hala gətirilməsi, əlbəttə ki, bölgənin bərpası, yaşayışın daha tez öz məcrasına qayıtması və iqtisadi inkişaf baxımından mühüm amildir. Məhz bu səbəbdən minatəmizləmə məsələsi Azərbaycan dövlətinin əsas siyasi prioritetlərindən biri hesab olunur".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər