00:00:00
Yazar
Admin User
25.07.2023 17:50 551 1 dəq oxuma
Maraqlı

Öyrənilmiş çarəsizlik bizə nəyi öyrədir?

Öyrənilmiş çarəsizlik bizə nəyi öyrədir?

Öyrənilmiş çarəsizlik bir şey etsə də heç nəyin dəyişməyəcəyini, hadisələrin onun nəzarətində olmadığını, bir daha bu işdə uğur qazana bilməyəcəyini düşünərək, hər hansı bir vəziyyətdə çox uğursuzluğa düçar olaraq yenidən cəhd etmək cəsarətini itirməkdir. Nəzəriyyəyə əsasən bu mövcud davranışı müəyyən edən keçmiş ağrılı təcrübələrdən əldə edilən mənfi şərtdir və əvvəlki cəhdlərdə rast gəlinən uğursuz nəticələrin öz-özünə səhv şərh edilməsidir.

 

Öyrənilmiş çarəsizlik hər birimizdə az və ya çox dərəcədə mövcuddur. Hamımız bir şeyi təkrar-təkrar sınayırıq, səhv edirik, uğursuz oluruq. Sonra bir daha səhv etməmək üçün bir daha cəhd etməməyi öyrənirik. Bu arada şərtlər dəyişir. Bu, cəhd etsək uğur qazana biləcəyimiz bir şeyə çevrilir, amma əzbərlədiyimiz kimi yaşamağa davam edirik. Ərazi dəyişir, amma ağıl xəritəmiz dəyişmir. Beləliklə, uğursuzluğu öyrənirik.

 

Öyrənilmiş çarəsizliyin yaranma səbəbləri daimi alçaldılmaya məruz qalma, insanlara inamın itirilməsi və travma, depressiya kimi psixoloji problemlərin olmasıdır. Öyrənilmiş çarəsizlik əlamətlərinə isə insanın yaşamaq həvəsini itirməyə başlaması, qavrayışda zəifləmə və insanın özünə inamının az olması daxildir.

 

Belə ki, öyrənilmiş çarəsizlik və ətalət insanın özündən potensialını oğurlayır, xəyallarımızı çürüdür. Bu, özümüzə inamımızı azaldır və bizi ruhdan salır. Aslanı pişiyə çevirir. Qazanmağı yox, məğlubiyyətə dözməyi öyrədir.

 

Məryəm Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər