00:00:00
Yazar
Admin User
07.07.2023 18:20 387 1 dəq oxuma
Maraqlı

Öz dilini unutmadan xarici dillər öyrənmə yolları

Öz dilini unutmadan xarici dillər öyrənmə yolları

Bir çoxları xarici dil öyrənməmək üçün müxtəlif bəhanələr gətirir: minlərlə tanış olmayan söz, fərqli qrammatik quruluş, danışa bilməmək qorxusu. Amma şübhəsiz dil bilməyin bir sıra üstünlükləri var. Bu üstünlüklərdən biri məhz dünyagörüşümüzlə bağlıdır.

 

Poliqlot İbrahim Cəfərov deyir ki, dil öyrənəndə biz başqa mədəniyyətlərlə tanışlıq imkanı qazanırıq: "Digər millətlərdən olan insanlarla münasibətimiz yaranır. Elə buna görə dünyagörüşümüzün zənginləşməsinə dillər çox təsir edir. Yaxud daha çox ədəbiyyat materialları oxuya bilirik. Daha çox bilgi əldə edirik. Bu da dünyagörüşümüzü artıran faktorlardandır".


Xarici dili mənimsəyərkən bəziləri də ana dilinə zərər vurur. Ya öz dilimizdəki sözlərin tələffüz formasını dəyişir, ən pis halda isə leksikonumuzda mövcud olmasına baxmayaraq, demək istədiyi sözün xarici dildəki qarşılığından istifadə edir.

 

Filologiya üzrə elmlər doktoru Elnarə Əliyevanın mövzu ilə bağlı fikirlərini aldıq: “Valideynlər çalışır ki, hələ kiçik yaşlarından uşaq öz ana dilini öyrənməmiş onlara xarici dil öyrətsinlər. Amma uşaq bir az böyüdükdən sonra, təqribən yeniyetməlik dövründə yeni dili öyrənməyə başlasa daha yaxşıdır. Çünki bu, sonradan həmin uşaqların gələcəkdə öz ana dilini yanlış istifadə etməsinə gətirib çıxarır”.


Hər kəsin xarici dil öyrənmək potensialı var. Əsas odur ki, bu prosesi inanaraq və düzgün metodlarla həyata keçirək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər