00:00:00
Yazar
Aysel Mirzəyeva
30.03.2026 20:42 29 2 dəq oxuma
Siyasət

Pakistan Diplomatiyanın Mərkəzinə Çevrilir?

Pakistan Diplomatiyanın Mərkəzinə Çevrilir?

Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin Xarici İşlər nazirləri ABŞ-İsrail müharibəsinin gərginliyini azaltmaq məqsədilə İslamabadda görüş keçiriblər.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın mövqeyi burada xüsusi təqdirə layiqdir və ölkə heç bir məsələni digərinə qatmır:

 

“Məsələn, bizim İsraildə münasibətlərimiz ticarət əlaqələridir, strateji, yəni müdafiə sənayesi sahəsində çox güclü əməkdaşlıq var və bunun üçün iki ölkənin potensialı da mövcuddur. Biz digər məsələlərə görə İsrailə münasibətləri pozmuruq. Ancaq eyni zamanda paralel şəkildə Müsəlman, İslam həmrəyliyini də dəstəkləyirik və müsəlman ölkələri ilə də münasibətləri qoruyuruq. Azərbaycan hər zaman beynəlxalq platformalarda məhz İslam həmrəyliyi fonunda çıxış edir. Yəni bu məsələ ilə bağlı məsələn iki dövləti hər prinsipini Şərqi Qüdsün paytaxt olması şərti ilə iki dövlətdə dəstəkləyir. Bu format Ərəb Dövlətlər Liqası və İslam Əməkdaşlığı Təşkilatı kimi qurumların da dəstəklədiyi bir formadır və biz bunu dəstəkləyirik. Müxtəlif sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində, digər sahələrdə əməkdaşlıqlar davam edir. Təbii ki, bu üç ölkə regionda əsas güc faktoru oynayan ölkələrdir. Bunların münaqişə ilə bağlı mövqeyi, atacağı addımlar, fikirləri çox əhəmiyyətlidir. Ancaq əsas məsələ ABŞ və İsrail ikilisi ilə İran arasında vasitəçilik missiyasını həyata keçirə biləcək bir dövlətin olmasıdır. Burada bu üç ölkədən hansı bu rolu oynaya bilər məsələsi aktualdır. Pakistanın vasitəçiliyi ilə gələcəkdə görüşlər keçirə bilər. Mən elə düşünürəm ki, Türkiyə, Səudiyyə Ərəbistan və Misir Xarici İşlər nazirlərinin İslamabadda görüş keçirməsi Pakistanın onlarla məsləhətləşməsi ilə bağlıdır”.


Günel Əlili

#azərbaycan #yeni #baki #çevrilir? #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər