Pakistan ordusunun komandanı ABŞ-nin mesajını çatdırmaq üçün Tehrana gedib
Pakistan ordusunun komandanı Asim Munir başçılıq etdiyi nümayəndə heyəti ilə İrana gedib.
“İnformator.az" xəbər verir ki, məqsəd ABŞ-nin mesajını rəsmi Tehrana ötürmək və danışıqların ikinci raundunun planlaşdırılmasıdır.
Bildirilir ki, nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
Qeyd edək ki, Pakistan mediası danışıqların İslamabadda keçirilə biləcəyini xəbər verir.