Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində son regional prosesləri müzakirə ediblər.Görüşdə liderlər Pakistan və İran arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün ümumi istəyi bir daha təsdiqləyiblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Pakistan Baş naziri və İran Pezidentinin görüşündə kifayət qədər müzakirə olunacaq məsələlər var:
“Bu ilk növbədə iki tərəfli münasibətlərin gələcəyi ilə bağlı olan məsələlərdir.Hər iki ölkənin sərhədlərində baş verən terror faktları, separatçı hərəkatlar ,şübhəsiz ki, müzakirə olunacaq. Ən vacib məsələ Pakistanın vasitəçiliyi ilə aparılan Amerika-İran danışıqlarıdır ki, müzakirənin ən əsas istiqaməti məhz bu olacaq. Bildiyimiz kimi aprel ayından başlayaraq Pakistanın vasitəçiliyi ilə danışıqlar-diplomatik proses həyata keçirilir. İyun ayında müəyyən razılaşma əldə olunub. Pakistan səmimi şəkildə və aktiv olaraq savaşın durması və problemlərin danışıq yolu ilə həll olunmasını müzakirə edib və vasitəçilik edərək buradan nəticə almağa çalışıb. Pakistan yenə də bu istiqamətdə vasitəçiliyini davam etdirməyə hazırdı və bu İran tərəfinə çatdırılıb”.
Politoloq bildirib ki, İranın toksik nüvəsi olan Husilər Səudiyyə Ərəbistan ilə gərgin münasibətdədirlər və ona kifayət qədər zərər veriblər:
“İran tərəfi açıq şəkildə Husilərin arxasında olduğunu bəyan edir. Husilər Səudiyyə Ərəbistan ilə hal-hazırda gərgin münasibətdədirlər. Səudiyyə Ərəbistanın neft və enerji sektoruna kifayət qədər zərər veriblər. Nəzərə alsaq ki, Pakistanın da Səudiyyə Ərəbistanla çox əlaqələri var və keçən ayın 7-də Məkkə sazişi ilə tərəflərin bir-birinə qarşılıqlı öhdəlikləri var. Bu görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmmiyətli sayıla bilər. Regional məsələlərin həllinə də müəyyən təsiri ola bilər”.
Oqtay Qasımov vurğulayıb ki, Amerika və Çinin maraqlarının Pakistan və İran münasibətlərinə də çox ciddi təsiri olacaq:
“Hesab edirəm ki, İran və Pakistan Çin ilə kifayət qədər ciddi münasibətlərə malikdir. Onlat strateji tərəfdaşdırlar və Pakistan , o cümlədən ABŞ-nin kifayət qədər yaxşı münasibətləri var ki, bu da Pakistana hər iki tərəf arasında manevr imkanları yaradır. Hər iki tərəf də Pakistanı etimadlı, etibarlı tərəfdaş kimi qəbul edirlər.Bu baxımdan da düşünürəm ki, bu iki böyük gücün,yəni Amerika və Çinin maraqlarının Pakistan və İran münasibətlərinə hansısa çox ciddi təsiri olacaq”.
Ayşə Cəfərova