Pakistan vasitəçi kimi BƏƏ-yə hücumları pisləyib
ABŞ-İran danışıqlarında vasitəçi rolunu oynayan Pakistanın Baş naziri Şahbaz Şərif Birləşmiş Ərəb Əmirliklərində mülki infrastruktura qarşı həyata keçirilən raket və PUA hücumlarını kəskin şəkildə pisləyib.
BƏƏ mayın 4-də Fuceyra limanındakı neft obyektinin vurulduğunu, hücum nəticəsində böyük yanğının baş verdiyini və üç Hindistan vətəndaşının yaralandığını açıqlayıb.
BƏƏ hücumları “təhlükəli eskalasiya” adlandırıb, İran isə BƏƏ-ni hədəfə alma planının olmadığını bildirib.
Hadisə Hörmüz boğazında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir. Bu strateji boğaz qlobal enerji təchizatı üçün kritik əhəmiyyət daşıyır.
BBC News
Mələk Hüseynova