00:00:00
Yazar
Admin User
06.11.2025 16:34 115 3 dəq oxuma
Sosial

Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqinə dair saziş

Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqinə dair saziş

2025-ci il sentyabrın 10-da İslamabad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət" təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş" təsdiqlənib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, ASAN xidmətin təbliği, ümumiyyətlə Azərbaycan inkişaf modelinin tərkib hissəsidir və vətəndaşlara xidmət göstərmək, onların sosial durumunu saflaşdırmağa zəngin etmək:

 

“Bu, hər bir dövlətin sosial proqramı güclü olan dövlətin vəzifəsidir, borcudur və Azərbaycan Respublikasının rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev bildirir ki, biz sosial dövlət elementlərini geniş şəkildə tətbiq edirik ki, vətəndaşların həyatı rahat olsun, təminatlı olsun, sonra onlar bürokratik maneələrdən xilas olsunlar və özlərini həm həmin hisslər, digər tərəfdən vaxt və digər resurslarına qənaət etsinlər. Bu baxımdan dünyada özünəməxsus rəqabət də gedir və Azərbaycan yaratmaqla demək olar ki, dünya arenasında yeni bir söz dedi. Ona görə də artıq səhv etmirəmsə, ondan artıq ölkə bu modeli ASAN xidmət asana bənzər xidmətlərlə, insanlara vətəndaşlara xidmət göstərmək sistemini götürüblər, mənimsəyiblər və güclü şəkildə həm təbliğ edirlər, həm də onun istifadəsini görürlər. Bu, ilk növbədə iki ölkə arasında çox etibarlı, sonra etimada söykənən münasibətlərin genişlənməsinə, inkişafına işarə edən bir əməkdaşlıq sahəsidir. İlk baxışdan, bəlkə də, onun mahiyyəti bir o qədər də böyük deyil, ancaq dərinə getdikdə gördük, həm də strateji mahiyyətə malikdir. Bax belə bir sistemin yaradılması və təbii ki, dünya gör götür dünyası ölkələri liderlərindən modelləri götürürlər, öyrənirlər, tədqiq edirlər, təqib edirlər və Pakistanla bağlı Azərbaycanın bir neçə belə layihəsi var. Şəhərsalma sonra idarəçilikdə kifayət qədər böyük təcrübə əldə etmişik və bu sahədə də Azərbaycan Respublikası Pakistan İslam Respublikasına əməli dəstək verir. Şəhərsalmada da bu işlərin görülməsini təmin edirlər. Beləliklə, biz göstəririk ki, yalnız iki ölkə arasında son dərəcə etibarlı, sonra yüksələn xətt üzrə inkişaf edən münasibətlər var. İlk növbədə siyasi dialoq Bakı ilə İslamabad arasında çox etibarlı şəkildə inkişaf edir deyə, ona görə də biz çalışırıq və bütün işləri görürük ki, dost, qardaş ölkəyə dəstək olaq. Digər tərəfdən, dost ölkənin də biz həm siyasi, həm mənəvi dəstəyinin şahidi olmuşuq. Xüsusil İkinci Qarabağ müharibəsində Pakistan Respublikası dünya çapında böyük dövlətlərdən biridir ki, Azərbaycana əməli siyasi dəstək verdiyi gözlənilir. Yenə deyirəm, bu, bizim ikitərəfli münasibətlərimizin çox möhkəm sütunlara söykənməsindən xəbər verir və göstərir ki, bəli, biz həm eyni tarixi, dini, mənəvi köklərə malikik və insanlarımızın, xalqlarımızın toplumlarımızın bir birinə yaxın olması son dərəcə vacib bir məsələdir. Ümumiyyətlə, bizim də görürük ki, dünyada artıq dost qazanmaq, müttəfiq qazanmaq çox vacib rol oynayan amil və göstəricilərdən biridir. Ona görə də bizim ölkələrimiz yaxından və bütün platformalarda BMT də İslam Əməkdaşlıq Təşkilatında digər təşkilatlarda hansılar var hərəkatında biz daim bir- birimizə dəstək təbliğ edirik, həm də bizə köməklik göstəririk. Münasibətlərimiz bununla kifayətlənmir. Elə sahələr var ki, bu tibb sahəsi sonra, ümumiyyətlə, sosial proqramların həlli və sair. Bunların hamısında demək olar ki, bizim ortaq baxışlarımız var və ona görə də kim bir qədər öndədirsə digərinə qeyri şərtsiz dəstək göstərməyə hazırdır “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər