Pakistanda silahlı hücum
Pakistanın Hanqu bölgəsindəki təhlükəsizlik qüvvələrinin düşərgəsinə silahlı hücum edilib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.
Məlumata görə, zamanı təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı ölüb, 17 nəfər yaralanıb. Hücum edənlər hadisə yerindən uzaqlaşıb. Hücumun məsuliyyətini heç bir qrup üzərinə götürməyib.