00:00:00
Yazar
Admin User
12.11.2025 16:37 126 1 dəq oxuma
Sosial

Pandemiyaların iqtisadi təsirləri

Pandemiyaların iqtisadi təsirləri

COVID-19 pandemiyası və sonrakı qlobal sağlamlıq böhranları dünya iqtisadiyyatına dərin izlər buraxıb. İstehsal zəncirlərinin dayanması, ticarət dövriyyəsinin azalması və işsizlik səviyyəsinin artması bir çox ölkələri iqtisadi tənəzzülə sürüklədi.

 

Mövzu ilə bağlı kimyaçı alim Sadiq Həsənov “İnformator.az”a bildirib ki, pandemiyalar təkcə bioloji təhlükə deyil, həm də iqtisadi və sosial sabitlik üçün ciddi sınaqdır:

 

“Pandemiya və epidemiya kütləvi insan tələfatına, istehsalın dayanmasına, bazarlarda xaosa səbəb olur. Bir çox inkişaf etmiş ölkələr belə hallara qarşı laboratoriyalarda elmi araşdırmalar aparır, bu virusların qarşısını almağın yollarını öyrənirlər. Viruslar çox vaxt sürətlə hava vasitəsilə yayılır və qlobal miqyasda təsir gücünə malik olur. Texnologiyaların, tibb elminin və biokimyanın inkişafı ilə yanaşı, insan fəaliyyəti də yeni mikrobioloji təhlükələrə şərait yaradır. İnsanların təbiətə və ekosistemə müdaxiləsi nəticəsində yeni virus növləri meydana çıxır. Bu isə iqtisadi sistemlərdə sabitliyin pozulmasına, ərzaq və enerji bazarlarında qeyri-müəyyənliyə gətirib çıxarır. Pandemiyadan sonra dünya ölkələrinin əsas vəzifəsi iqtisadi dayanıqlığı bərpa etmək, sosial rifahı qorumaq və davamlı inkişaf strategiyalarını tətbiq etməkdir. Hazırda bir çox dövlətlər bərpa prosesində rəqəmsal texnologiyaların tətbiqinə, səhiyyə sisteminin gücləndirilməsinə və yerli istehsalın stimullaşdırılmasına üstünlük verir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər