Papuaşvili: Xarici müdaxiləyə qarşı beynəlxalq hüquqi çərçivə yaradılmalıdır
Ölkələrin milli maraqlara uyğun fəaliyyətinə əsas maneənin xarici müdaxilə olduğunu bildirib.
"İnformator.az" xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
"Ölkələrin milli maraqlara uyğun fəaliyyətinə əsas maneə xarici müdaxilədir", - o bildirib və əlavə edib ki, xarici müdaxilə ölkələrdə daxili vəziyyəti qarışdırır və digər qüvvələrin maraqlarını yerli xalqın maraqları kimi təqdim etməyə çalışır.
Spiker vurğulayıb ki, ölkələrin təhlükəsizliyi yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda cəmiyyətin və dövlət institutlarının xarici təsirlərdən qorunmasını da əhatə edir.