00:00:00
Yazar
Zəhra Həsənova
25.05.2026 20:19 17 2 dəq oxuma
Siyasət

Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb - ŞƏRH

Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb. O bildirib ki, yeni marşrut Ermənistanın Türkiyə və Avropa istiqamətində dəmir yolu əlaqələrini genişləndirəcək və ölkənin ixrac-idxal imkanlarına müsbət təsir göstərəcək. Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə və Naxçıvan üzərindən İranla dəmir yolu əlaqələrinin də açılması planlaşdırılır. Baş nazir bu layihələrin regionda iqtisadi əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.


Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasıbda bildirib ki, dəmir yolunun fəaliyyətə başlaması Paşinyan hökumətinin mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər:

 

“Ermənistan uzun müddət bu istiqamətdə logistik imkanlara malik deyildi və əsasən məhdud marşrutlar üzərindən əlaqələrini təmin edirdi. Dəmir yolunun açılması isə ölkənin həm regional, həm də beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi baxımından yeni imkanlar yaradır. Bu proses regionda siyasi və iqtisadi balansın dəyişməsinə də təsir edə bilər”.

 

Onun sözlərinə görə, bu proses Ermənistanın Rusiyadan iqtisadi və logistik asılılığının azalmasına da təsir göstərə bilər:

 

“Logistik şaxələnmə ölkənin alternativ marşrutlara çıxışını artırır və iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır. Bu da ümumilikdə regional balansın dəyişməsinə təsir edə bilər. Bu cür infrastrukturun inkişafı Rusiyanın Ermənistana təsir imkanlarını da müəyyən dərəcədə məhdudlaşdıra bilər. Eyni zamanda, dəmir yolunun açılması Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstan arasında da iqtisadi əlaqələrin inkişafına şərait yaradır. Bütün bunlar bölgədə yeni bir geosiyasi dinamika formalaşır. Ermənistan daha çox region ölkələri ilə əməkdaşlığı dərinləşdirir, Türkiyə ilə iqtisadi və siyasi əlaqələrin genişlənməsi müşahidə olunur. Ümumilikdə, Cənubi Qafqaz ölkələri və Türkiyə daha inteqrasiya olunmuş bir iqtisadi məkan kimi çıxış edə bilər. Bu proses region ölkələrinin xarici təsirlərə qarşı dayanıqlılığını artırmaqla yanaşı, daxili iqtisadi inteqrasiyanı da gücləndirir və bölgənin daha geniş iqtisadi məkana çıxış imkanlarını artırır”.

 

Fatimə Hüseynli

#dəmir #başladığını #paşinyan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər