00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
01.10.2026 20:46 106 2 dəq oxuma
Siyasət

Paşinyan: Rusiya qazı ilə bağlı heç bir siqnal yoxdur-ŞƏRH

Paşinyan: Rusiya qazı ilə bağlı heç bir siqnal yoxdur-ŞƏRH

Ermənistanın enerji təhlükəsizliyi və Rusiyadan asılılıq məsələsi hər zaman ölkənin gündəmindəki əsas mövzulardan biri olaraq qalmaqdadır. Son vaxtlar baş nazir Nikol Paşinyanın Rusiya qazının qiyməti ilə bağlı səsləndirdiyi açıqlamalar bu sahədəki mövcud vəziyyəti və gələcək riskləri bir daha diqqət mərkəzinə gətirib.

 

Mövzu ilə bağlı “Liberal İqtisadçılar Mərkəzi”-nin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında məsələni şərh edib:

 

“Bu açıqlamanın əsas mahiyyəti ondan ibarətdir ki, hazırda Rusiyanın  Ermənistana satılan qazın qiymətinin artırılması ilə bağlı konkret siqnalı yoxdur. Bununla yanaşı, Paşinyan belə bir ehtimalın müxtəlif dövrlərdə müzakirə edildiyini və Ermənistanın mümkün dəyişikliklərə hazır olmaq üçün alternativ ssenarilər üzərində işlədiyini bildirir.Rusiya qazı Ermənistanın enerji sistemində mühüm yer tutur. Ölkənin qaz tələbatının böyük hissəsi Rusiyadan alınan qaz hesabına təmin edilir və bu qaz həm əhali və sənaye üçün, həm də elektrik enerjisi istehsalında istifadə olunur. Buna görə Rusiya qazının qiymətində və ya tədarük şərtlərində dəyişiklik Ermənistanın enerji xərclərinə və bütövlükdə iqtisadiyyatına təsir göstərə bilər.


Paşinyanın “2018-ci ildən bəri işlənilən ssenarilər” ifadəsi isə Ermənistanın son illərdə Rusiyadan enerji asılılığını azaltmaq və mümkün qaz qiyməti və təchizat dəyişikliklərinə hazırlaşmaq üçün müxtəlif variantları nəzərdən keçirdiyini göstərir. Burada əsas məsələ alternativ qaz mənbələrinin və enerji təchizatı kanallarının yaradılmasıdır. İranla enerji əməkdaşlığının genişləndirilməsi də bu siyasətin istiqamətlərindən biri kimi nəzərdən keçirilir”.

 

Əsmər Məmmədzadə

#gündəm #azərbaycan #rusiya #heç #qazı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər