00:00:00
Yazar
Elmira Ağayeva
11.08.2026 21:02 22 2 dəq oxuma
Siyasət

Paşinyanın açıqlamaları Moskva ilə İrəvanı daha da uzaqlaşdırır?

Paşinyanın açıqlamaları Moskva ilə İrəvanı daha da uzaqlaşdırır?

Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları Rusiyaya yerli məhsulların tədarükünə qoyulan məhdudiyyətlərlə bağlı vəziyyəti daha da ağırlaşdırır”.

Bunu parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan jurnalistlərə deyib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdə yaranan son problemləri iki ölkə arasındakı siyasi etimadsızlığın iqtisadi müstəviyə keçməsinin növbəti əlaməti kimi qiymətləndirmək olar:


“Moskva ilə İrəvan arasında təhlükəsizlik və xarici siyasət məsələlərində uzun müddətdir davam edən fikir ayrılıqları fonunda ticarət və ixracla bağlı məhdudiyyətlər artıq sırf iqtisadi məsələ kimi görünmür. Xüsusilə Rusiya bazarının Ermənistan istehsalçıları üçün böyük əhəmiyyət daşıması İrəvanı həssas vəziyyətə salır. Paşinyanın Ermənistan balığının keyfiyyəti ilə bağlı açıqlamaları isə müxalifətin də vurğuladığı kimi, təkcə Rusiya deyil, alternativ ixrac bazarlarında da erməni məhsullarının reputasiyasına zərbə vura bilər.Rusiya-Ermənistan münasibətlərində gərginliyin bundan sonra da artması mümkündür, çünki problem artıq ayrı-ayrı siyasi bəyanatlardan daha geniş və struktur xarakterli fikir ayrılıqlarına çevrilib. İrəvanın Qərblə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməsi Moskvanın Ermənistana münasibətinə təsir göstərən əsas amillərdən biridir. Bununla belə, tərəflərin yaxın perspektivdə münasibətləri tamamilə qoparması real görünmür. Ermənistan iqtisadi baxımdan Rusiya bazarı, enerji və digər əlaqələrdən əhəmiyyətli dərəcədə asılı olaraq qalır. Buna görə qarşıdakı mərhələdə daha çox siyasi gərginlik, qarşılıqlı ittihamlar və müəyyən iqtisadi təzyiq elementləri müşahidə oluna bilər. Lakin İrəvanın Moskva ilə iqtisadi bağları sürətlə və tam şəkildə kəsməsi Ermənistanın özü üçün də ciddi xərclər yaradardı”.


Nuray Əliyeva

#Rusiya #Ermənistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər