00:00:00
Yazar
Zəhra Həsənova
16.04.2026 20:19 29 2 dəq oxuma
Siyasət

"Paşinyanın açıqlaması Rusiyadan asılılığın bitdiyinə işarədir" - ŞƏRH

"Paşinyanın açıqlaması Rusiyadan asılılığın bitdiyinə işarədir" - ŞƏRH

Paşinyan: Ermənistan-Rusiya əlaqələri heç vaxt olmadığı qədər yüksək səviyyədədir

 

“Bunun əksini göstərməyə çalışanlar əsl xarici agentlərdir" Baş nazir qeyd edib.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistan-Rusiya əlaqələri heç vaxt olmadığı qədər yüksək səviyyədədir” deyərkən, heç də ənənəvi Rusiya -Ermənistan münasibətlərini nəzərdə tutmur:

 

“Əksinə, vermiş olduğu bu açıqlama indiyə qədər Ermənistanla Rusiya arasında münasibətlərin bərabərhüquqlu və suveren dövlətlərin qarşılıqlı hörmət və etimad səviyyəsində olmadığına işarədir. Bununla göstərmək istəyir ki, bu gün Ermənistan Rusiya ilə münasibətlərini iki bərabərhüquqlu tərəf kimi qurur və Rusiya artıq Ermənistanın daxili işlərinə rəsmi qaydada qarışa bilmir. Təbii ki, bu açıqlamanı verməkdə məqsəd heç də Nikol Paşinyanın Ermənistan Rusiya münasibətlərinin müsbət istiqamətdə inkişaf etdiyini vurğulamaq deyil, sadəcə indiyə qədər Ermənistanla Rusiya arasında olan münasibətlərin birtərəfli qaydada Rusiyanın regionda Ermənistandan özünün forpostu kimi istifadə edərək digər region ölkələrinə qarşı bir təhdid yaratdığını vurğulamaqdır. Heç şübhəsiz ki, Nikol Paşinyanın həm bəyanatları, həm də rəsmi siyasi fəaliyyəti ölkəsinin Avropaya inteqrasiyasını və o cümlədən, Amerika Birləşmiş Ştatları ilə hərtərəfli əməkdaşlığını özündə əks etdirir. Elə 8 avqust Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində reallaşan “TRIPP” layihəsinin həyata keçirilməsi ilə bağlı Ermənistan Amerika birgə müəssisəsinin yaradılması, eyni zamanda ABŞ vitse-prezidenti Vensin Azərbaycan və Ermənistana səfəri zamanı Ermənistanla ABŞ arasında çoxtərəfli əməkdaşlığın əsasının qoyulması ilə bağlı atılan addımlar da onu göstərir ki, Nikol Paşinyan ölkəsinin siyasi orientasiyasını Qərb institutlarına inteqrasiyada görür. Rusiya ilə bağlı vermiş olduğu açıqlamalar isə, qeyd etdiyim kimi, Rusiya ilə münasibətlərin qarşılıqlı etimada söykəndiyini və inkişafyönümlü olduğunu deyil, məhz indiyə qədər ölkəsinin Rusiyadan asılı bir dövlət kimi daha çox Rusiyanın regiondakı maraqlarını ifadə edən bir forpost olduğuna işarə etməkdir”. 
 

Selcan Xudiyeva

#baki #gündəm #şərh #işarədir"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər